www.nice.az » Xəbərlər » "Kurdlar Vadisi"indəki Ebru da dilə gəldi
"Kurdlar Vadisi"indəki Ebru da dilə gəldi

"Kurtlar Vadisi Pusu" serialında Ebru xarakteri ilə tamaşaçıların rəğbətini qazanmış Hatice Şendil çəkiliş meydançalarında həmişə bədbəxt hadisələrlə qarşılaşdığından şikayət edir.
Hatice 2001-ci ildə "Miss Turkey" gözəllik müsabiqəsində 3-cü, 2001-ci il Avropa gözəllik müsabiqəsində 4-cü seçilib.
-Çəkiliş meydançalarında hansı hadisələr baş verib?
-"Yaban gülü" serialının çəkilişləri nəticəsində bir at məni dişlədi. Maşınla toqquşma səhnəsində həqiqətən də maşın mənə dəydi. Qan götürmürəm. Amma serialda 15 bıçaqlanma səhnəsində oynadım.
- "Miss Turkey" müsabiqəsinə niyə qatıldınız? "Gözələm, yer tutsam irəliləmək imkanı əldə edərəm", - deyə düşündünüzmü?
-Yox, müsabiqəyə səbəbsiz qatılmışam. Nə həvəs idi, nə də karyera planlaması. O vaxt belə ideallar var idi. Bir çoxları müsabiqədən sonra aparıcı, model, aktrisa karyerası qurmaq istəyirdi. Amma mənim belə bir niyyətim yox idi. Türkiyə gözəli seçildikdən sonra Avropa gözəli də oldum. Amma uzun müddət təhsilimlə məşğul oldum. Prodüserimiz də mənim Türkiyə gözəli seçildiyimi bilmir. İş görüşmələrində bu barədə heç danışmıram.
- İş görüşmələrində bəhs etməsəniz də vacib bir müsabiqədir.
-Təbii ki. Bir çox Latın Amerikası ölkələrində qızlar bu müsabiqəyə 5-6 yaşlarından hazırlaşmağa başlayırlar. Onlar üçün bu müsabiqə çox vacibdir. Ola bilər ki, Türkiyə üçün bu müsabiqə o qədər də vacib deyil. Mən hələ yolun əvvəlindəyəm. Çox işlər görməliyəm. Bu gün "Kurtlar Vadisi Pusu" serialındayam, ola bilər ki, sabah heç bir işim olmasın. Amma ola da bilsin ki, başqa bir layihəyə dəvət alım, daha da məşhurlaşım. Bu, kəsilməmiş bir qarpız məsələsidir.
- Kənardan özünüzə baxanda nə düşünürsünüz?
-24 yaşım var. Amma yaşıma görə artıq yetişmiş insanam. Bu bəzən çox cansıxıcı da ola bilər. Uşaqlıqdan beləyəm. Amma hər dəqiqə də filosof kimi təsir bağışlamıram. Çox qapalı bir çevrəm var. Uşaqlıq dostlarımla hələ də dostluğumu davam etdirirəm. Həyatıma çox insan buraxmıram.
- Aktrisalığa vurğunsunuzmu?
-Aktrisalığa, sənətə çox vurğunam. Ssenaristin yazdığı xarakteri, obrazı canlandırmaq əla hissdir. Gündə 15 saat kamera qarşısında başqa bir adama çevrilirsən. Ağlayırsan, gülürsən.
- "Yaban gülü" serialında canlandırdığınız Laçin obrazı haqqında danışın.
-Əsər Nuran Devresin yazdığı dramatik bir hekayədir. Laçin yoxsullar məhləsində böyümüş, öz dünyasını xəyal edən bir qızdır. Atasının qətlə yetirilməyi ona pis təsir edir. O, Hakana aşiq olur. Amma Hakan nişanlıdır. Laçinin qardaşı küçə quldurlarına qoşulur. Ona yalnız müdiri Səlim dəstək durur. Onların arasındakı münasibət hisslərlə əvəz olur.
-"İyi Yabancı" serialında tərəf-müqabiliniz Kərəmcəm idi. Bu serialda sadəcə gözləri ilə oynayan bir xarakteri canlandırdınız. Rol sizə çox çətin deyildi ki?
-Hə, çox çətin idi. Baş verən bütün hadisələri gözlərimlə anlatmağa çalışırdım. Sonra isə "Maçolar" layihəsində iştirak etdim. Amma layihə uğursuz alındı. "Fesüphanallah" serialında isə çox gözəl heyət var idi. Serial başa çatanda dilxor olmuşdum.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: saki_18 |
Baxış sayı : 1205 |
Rəylərin sayı (10) |
20 dekabr 2009

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!