www.nice.az » Xəbərlər » Bu gün Zəngilanın işğalından 16 il ötür
Bu gün Zəngilanın işğalından 16 il ötür

Zəngilanın işğalından 16 il keçir. Zəngilan rayonu ermənilər tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olunub. 707 kvadrat kilometr ərazisi, 34 min nəfər əhalisi olan Zəngilan rayonu erməni təcavüzü zamanı 188 şəhid verib, 44 nəfər rayon sakini hələ də itkin düşmüş sayılır. Zəngilan Azərbaycanın sonuncu işğal edilən rayonudur. Rayonun işğal haqqında əvvəlcədən məlumatlandırlması daha böyük qətliamın qarşısını alıb. Ermənistan Silahlı Qüvvələrinin Zəngilan rayonunu işğal etməsi nəticəsində 33 min zəngilanlı məcburi köçkün düşüb. Erməni vəhşiliyinin qurbanı olan rayonda hazırda ekoloji terror davam edir. Ermənilər əsrlərin yadigarı olan çinar ağaclarını məhv edir, təbii ehtiyatlarla zəngin ərazilər qeyri-qanuni olaraq mənimsəyirlər.
Zəngilan rayonunun Muğanlı kəndində diametri 50 sm, hündürlüyü 8 m, yaşı 250 il olan 1 ədəd dağdağan, Mincivan qəsəbəsində diametri 60 sm, hündürlüyü 20 m, yaşı 120 il olan 1 ədəd şərq çinarı, həmin qəsəbədə diametri 100 sm, hündürlüyü 30 m, yaşı 300 il olan 1 ədəd şərq çinarı, Zəmiyeri adlanan sahədə diametri 60 sm, hündürlüyü 12 m, yaşı 160 il olan 1 ədəd palıd ağacı pasportlaşdırılaraq qorunurdu.
Rayonda 107 hektar sahəsi olan Avropada yeganə Bəsitçay Dövlət Təbiət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 ədəd təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən ibarət olan Essentuki-4 suyuna tərkibcə uyğun gələn Qotursu mineral bulaqları, Seyidlər və Gəyəli kəndlərində Turşsu mineral bulaqları var.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: krik |
Baxış sayı : 828 |
Rəylərin sayı (8) |
29 noyabr 2009

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!