www.nice.az » Xəbərlər » Tokioda dünyanın ən hündür teleqülləsi açılıb
Tokioda dünyanın ən hündür teleqülləsi açılıb

Yaponiya paytaxtının şimal-şərqində dünyada ən hündür teleqqüllə "Tokyo Skytree" (Tokio Göy ağacı) təntənəli mərasimdən sonra öz qapılarını qonaqların üzünə açıb. Qüllənin baxış meydançalarına səkkiz min adam qalxıb. Bu barədə NiCe.aZ Trend-ə istinadən yazır.
634 metr hündürlüyə malik olan "Tokio Göy ağacı" dünyada ən hündür teleqüllə kimi Ginnesin Rekordlar Kitabına düşüb. Onun antenləri artıq rəqəmsal televiziya siqnalları ötürür, mobil rabitə və naviqasiya sistemlərinə xidmət göstərir. Ən yüksək teleqüllələr siyahısında "Göy ağacı" Çinin Quançjou şəhərindəki 610 metrlik "Kanton tauer"i ikinci yerə sıxışdırıb. "Tokyo Skytree"nin ərazisində 312 ticarət nöqtəsi, restoranlar və mağazalar, eləcə də ofislər, akvarium və planetari yerləşir.
Qüllənin ucaldılmasında ümumilikdə 580 min insan iştirak edib, tikintinin final mərhələsində qüllənin ən yüksək hissəsində eyni vaxtda 1200 adam olub.
"Göy ağacı"nın tikintisində və montajında zəlzələ və fırtına küləklərindən müdafiə sahəsində ən qabaqcıl nailliyyətlərdən və texnologiyalardan istifadə olunub.
Qüllənin tikintisi üç il yarımdan çox davam edib, bu müddət ərzində tikinti işlərinə 65 milyard iyen (812 milyon dollardan artıq) vəsait xərclənib.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: GHoSTMaN |
Baxış sayı : 569 |
Rəylərin sayı (8) |
24 may 2012

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!