TƏQVİM

«    May 2025    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

ONLİNE

Hal-hazırda saytda 175 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 0
Tapılmadı.

.Qonaqlar: 175

.Saytda olan son 20 istifadəçi
2Karona adopingBum
amerika Ashleynig
Ateist azefefo
Danielseego Darknight
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HymanPer
ijuxobajo JosueJeOli
LeGaCy M1rZ3
MelvinTog vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Damcıların Rəqsi

Damcıların Rəqsi...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » Xəbərlər » 30 Aprel Terroru [ADNA] - Unutmadıq, Unutmuruq, Unutmarıq !

30 Aprel Terroru [ADNA] - Unutmadıq, Unutmuruq, Unutmarıq !

 (səs sayı: 4)

Bu xəbəri dostlarınla paylaş:

El arasında həftənin bütün günlərinin hər birinin özünəməxsus adı var. Duz, xas, adına və s... bir qismi yaddan çıxıb, adına ona görə yadda qalıb ki, biz azərbaycanlılar qırxı çıxana qədər ölülərimizi məhz bu gün yad edir, onlara ehsan süfrəsini də bu gündə açırıq. Azərbaycan Dövlət Neft Akademiyasına silahlı hücum da həftənin 4-cü, yəni adına günü oldu. 30 aprel 2009-cu il tarixində ADNA özünün qanlı tarixini yaşadı. Bu tarix ölən və yaralananların adı ilə yadda qaldı və onların adı ilə də anılacaq. 25 nəfərin adına olan bir gün bu gündür...
Azərbaycan Dövlət Neft Akademiyası 30 aprel 2009-cu il tarixində adi günlərdən birini yaşamalıydı. Elə akademiyanın rektoru Siyavuş Qarayev də həmİn gün öz ad gününü qeyd etməyə hazırlaşırdı. Amma 30 aprel günü akademiyanın 2-ci tədris binasında cəmiyyətin müxtəlif təbəqələrindən olan şəxslər güllələndi. Adi qatıq satandan tutmuş elmin yüksək dərəcəsinə çatmış professora qədər.. Ağıllarına belə gətirməzdilər ki, onların alın yazıları məhz bu yerdə qanla yazılıb, məhz bu gün onların adı ilə anılacaq.

Səhər tezdən Azərbaycan Dövlət Neft Aakademiyasının 2-ci korpusunun qarşısında nələrinsə baş verməsi barədə bizə ilk xəbər gəldi. Qaynar xəttimizə edilən zəngdən bildik ki, Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən “Qaz neft mədən” və “Neft mexanikası” fakültələrinin yerləşdiyi Akademiyanın 2-ci korpusunun qarşısında iki nəfər qan içində yerdə uzanıb. Dərhal operatorla birlikdə hadisə yerinə tələsdim. Yol boyu fikirləşirdim ki, yəqin tələbələr arasında yaranmış mübahisənin nəticəsi olaraq kimlərsə bıçaqlanıb. Amma binanın giriş pilləkənlərinə çatanda, gördüklərim məni şoka saldı.

Özümün, eləcə də bir çoxlarınızın ağlına gətirə bilmədiyi bir hadisə baş vermişdi. Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusuna silahlı basqın olmuşdu. Gözlənilməz hadisə Aakademiyada olanları təşvişə salmışdı. Hadisədən xəbər tutan hər kəs auditoriyaların qapılarını arxadan bağlayıb qatilin əlindən canını qurtarmaq üçün binanın pəncərələrindən boylanaraq qışqırıb kömək istəyirdi. Əli silahlının gözündən yayına bilən tələbə və müəllimlər çölə axışırdı. Böyük bir insan dalğasının arasından bir təhər keçib Akademiyaya girə bildim. Təhsil ocağının çöl pilləkənindən tutmuş yuxarı mərtəbələrinədək hər yer qan içində idi. Dəhlizdə yaralılar və cansız bədənlər var idi.

Səhər saatlarında odlu silahla silahlanmış naməlum şəxs Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci korpusuna hücum edərək birinci mərtəbədən yuxarı mərtəbəyədək qarşısına çıxan şəxsləri güllələyib…

Silahlı terrorçunun atdığı güllələr Akademiyanın müəllim və tələbələrinin əsasən baş və boyun nahiyəsindən dəymişdi. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professoru, laborantları, tələbələri, dosenti, müəllimləri və hətta yeməkxanaya süd məhsulları gətirən bir xanım da var idi.

Hadisədən xəbər tutmuş polis və prokurorluq orqanlarının əməkdaşları, təcili tibbi yardım maşınları Akademiyaya səfərbər olmuşdular. Az keçmiş Akademiya xüsusi təyinatlılar tərəfindən mühasirəyə alındı. Snayperçi də hazır vəziyyətə gətirildi. Terrorçunun zərərsizləşdirilməsi istiqamətində xüsusi əməliyyata başlandı. Binanın 6-ci mərtəbəsində yerləşən auditoriyalardan birində gizlənən naməlum silahlı şəxs axtarılırdı. Bu vaxt ərzində isə güllə yarası almiş şəxslər binadan çıxarılırdı.

Elə aşağı mərtəbələrdə olan yaralılar binadan çıxarılan zaman məlum oldu ki, ələ keçəcəyini görən terrorçu 6-ci mərtəbədə baş nahiyəsindən bir dəfə atəş açmaqla özü-özünü öldürüb.

Gicgah nahiyəsindən aldığı güllə yarasından yerindəcə keçinən şəxsin 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlu olduğu müəyyənləşdi. Fərda Qədirovun üzərindən isə “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrontaş, 2 tapança sandıqçası aşkar edilərək götürüldü. Təhlükə tam olaraq sovuşandan sonra isə Akademiyanın auditoriyalarında gizlənmiş tələbə və müəllim heyəti binadan evakuasiya olundu. Onlar hələ də nələrin baş verdiyni bilmirdilər. Yer göy qan içində, döşəmə və pilləkənlərdə uzanmış meyidlər…

Hadisədən xəbər tutan zərərçəkənlərin yaxınları paytaxtın xəstəxanalarına, meyidxanalara axışırdı. Bu arada Akademiyanın tələbələri isə xeyli qan itirmiş yaralıları həyata qaytarmaq üçün qan verirdilər...

Günortadan sonra isə terrorçu Fərda Qədirovun atdığı gülləyə cəmi 25 nəfərin tuş gəldiyi tam olaraq dəqiqləşdi. Onlardan 13 nəfərin həyatını xilas etmək mümkün olsa da, 12 -si dünyasını dəyişdi.

Məlum oldu ki, qanlı hadisə nəticəsində

1. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü
2. Nəzəri Mexanika Fakultəsinin laboratoriya müdiri
Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü
3. Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu , 1946-ci il təvəllüdlü
4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı
Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü

Tələbələr
5. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü
6. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü
7. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü
8. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü
9. Abdullayev Emin İmaməli oğlu , 1989-cu il təvəllüdlü
10. Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü
11. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü

Və Akademiyaya süd məhsulları gətirən

12. Qurbanova Ayna Abbasqulu qızı , 1957-ci il təvəllüdlü

Öldürülüb…

Neft qaz quyularının qazılması kafedrasının böyük mühəndisi Rüstəmbəyov Faiq Bəhram oğlu,
Neft qaz istehsalı və emalı texnikası kafedrasının tədris ustası
Hüseynli Zemfira Seyidi qızı,

Tələbələr

İsayev Kənan Tələt oğlu,
Suriya vətəndaşı olan Daas Muavviyya,
Sudan vətəndaşları Mustafa Məhəmməd Qasim, Seyid Əhməd Əmru,
Şirəliyev İlkin Azər oğlu,
Mustafayev Elşən Elbəyi oğlu,
Axundov Rəhman Sahib oğlu,
Cəmiyev Elvin Azər oğlu, 1989
Qurbanova Səbinə Əşrəf qızı,
Məmmədov Elşən Xanlar oğlu,
Cəfərov Bəxtiyar Aydın oğlu

Atılmış güllələrin hədəfi olsalar da, xoşbəxtlikdən sağ qalıblar. Adlarını çəkmədiyimiz bir neçə tələbə isə Fərda Qədirovun atdığı güllələrdən yayına bilib.


Qanlı hadisə zamanı ölənlərin içərisində isə ali təhsilini bitirməyə hazırlaşan, o cümlədən Akademiyanın partalarında oturmağa yenicə alışmış tələbələr, müəllim və elmi işçilər, laboratoriya müdiri, professor, dosent və hətta qatıq satan bir xanım da olub.

Hadisə zamanı ən çox güllə Cabbarov Savalan Allahverdi oğluna dəyib. Savalan 129 saylı orta məktəbdə və fizika riyaziyyat liseyində təhsil aldıqdan sonra 2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub. Qanlı hadisə günü Savalan terrorçuyla son anına qədər mübarizə aparıb.

Həmin zəngdən sonra Savalanın arxasınca çıxan iki qrup yoldaşı, həm də ən yaxın dostları Ayaz Bağırovla Taleh Məmmədov da Fərdanın atdığı güllələrə tuş gələrək can veriblər.

Talehi qara gələn tələbə Məmmədov Taleh Tariyel oğlu da hadisə zamanı dünyasını dəyişənlər sırasındadır. O, arzulayıb daxil olduğu ali təhsil ocağında qətlə yetirildi. Güllə onun boğazından girib kürəyindən çıxaraq şah damarını zədələndiyindən qanaxmanın qarşısını almaq mümkün olmayıb. Və bir neçə dəqiqədən sonra o keçinib. Kompüteri əla bilən Taleh kreditə aldığı noutbuku həmişə özüylə gəzdirirmiş. Elə həmin gün Talehin noutbuku da müəmmalı şəkildə Akademiyanin auditoriyasindan yoxa çıxıb.

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında həyat öz axarı ilə davam edir. Artıq təhsil müəssisəsinin 2 -ci korpusunun giriş qapısında mühafizə xidməti yaradılıb, polis əməkdaşları keşik çəkir. Dərsə gələn tələbələrin tələbə biletləri yoxlanılır, şəxsiyyəti təsdiq olunmadan heç kim Neft Akademiyasının binasına buraxılmır. Hətta, birinci mərtəbədən tutmuş 6-ci mərtəbəyədək mühafizə kameraları da quraşdırılıb. Kaş ki, bu elə əvvəldən belə olaydı.
Baş verən bu terror hadisəsindən ölən və yaralananların yaxınları ilə yanaşı bütün ölkə sarsıldı, eləcə də mən. Mən bu dəhşətli faciəni demək olar ki, anbaan yaşadım. Allah bu anları bir də bizə yaşatmasın...


anspress.com


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: GHoSTMaN | Baxış sayı : 772 | Rəylərin sayı (17) | 30 aprel 2012

Mövzuya oxşar xəbərlər:

30 Aprel ADNA UNUTMADIQ!
30 Aprel ADNA UNUTMADIQ!
30 Aprel ADNA UNUTMADIQ!
Bir nəfər şübhəli şəxs saxlanılıb
Bir nəfər şübhəli şəxs saxlanılıb
Dövlət Neft Akademiyasına silahlı basqınla bağlıbir nəfər şübhəli şəxs qismində saxlanılıb.. ...
Azərbaycan Dövlət  Neft Akademiyasında dəhşətli teror aktı törədilib!
Azərbaycan Dövlət Neft Akademiyasında dəhşətli teror aktı törədilib!
Bakıya martın 13-də gəlib Neft Akademiyasına silahlı basqın edən terrorçulardan birinin adı tam dəqiqləşib.... ...
ADNA-nın qarşısında anım mərasimi keçirilir!
ADNA-nın qarşısında anım mərasimi keçirilir!
Neft Akademiyasının qarşısında anım mərasimi keçirilir...........

Səhifəni çap et
Menekşe (Offline)
Əlavə edilən tarix 29 sentyabr 2013 14:57 | 17

Şərh sayı: 2376
Xəbər sayı: 256
Xalı: 2366
Qeydiyyat: 11.06.2012
  
Allah rehmet elesinnnn...




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 6
Lura (Offline)
Əlavə edilən tarix 9 iyul 2012 14:36 | 16

Şərh sayı: 417
Xəbər sayı: 77
Xalı: 421
Qeydiyyat: 23.06.2012
Mükafatı yoxdur
Tewekkurler.




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 1
-SeVa- (Offline)
Əlavə edilən tarix 5 may 2012 03:03 | 15

Şərh sayı: 843
Xəbər sayı: 17
Xalı: 833
Qeydiyyat: 5.04.2012
Mükafatı yoxdur
hec onlar unudulaaar???ehhhhh......




Status: qeyd edilməyib
imza
Seva
ICQ: --
Reputasiya: 79
Front_boy (Offline)
Əlavə edilən tarix 3 may 2012 17:49 | 14

Şərh sayı: 156
Xəbər sayı: 7
Xalı: 85
Qeydiyyat: 23.03.2010
Mükafatı yoxdur
ALLAH Olenlere Rehmet Elesin .
ALLAH oldurenlere Lenet elesin
Ruhlari wad olsun AMİN!





Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
Bad girl (Offline)
Əlavə edilən tarix 2 may 2012 20:50 | 13

Şərh sayı: 431
Xəbər sayı: 51
Xalı: 315
Qeydiyyat: 2.07.2010
Mükafatı yoxdur
allah rehmet elesin




Status: qeyd edilməyib
imza
HAYAT ZOR AMA BENDE KOLAY BİRİ SAYILMAM
ICQ: --
Reputasiya: 3
deutsch1988 (Offline)
Əlavə edilən tarix 1 may 2012 13:42 | 12

Şərh sayı: 1
Xəbər sayı: 0
Xalı: 5
Qeydiyyat: 24.02.2012
Mükafatı yoxdur
Allah rehmet elesin!




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
MILK_KLIK (Offline)
Əlavə edilən tarix 30 aprel 2012 22:18 | 11

Şərh sayı: 407
Xəbər sayı: 1
Xalı: 146
Qeydiyyat: 12.04.2012
Mükafatı yoxdur
nermin555,
Iraq olsun,ama,ne vaxt oleceyimizi ve ya olduruleceyimizi bilmirik.Duzu,OLDURULECEYIMIZ sozu bir az menasiz sozdu.Cunki,her wey,ama,her wey YUCE REBBIMIZIN ALLAHIMIZIN ELINDEDIR.Yeni,duzdur.ECEL catanda hamimiz oleceyik.XEYIRLISI NEYSE,O OLSUN!

GHoSTMaN,
Bir daha tewekkurler.Elleriniz hec vaxt derd,qem gormez,INWALLAH.Bize bu xeberi catdirib,daha etrafli melumat verdiyiniz ucun TEWEKKURLER!




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 10
nermin555 (Offline)
Əlavə edilən tarix 30 aprel 2012 18:44 | 10

Şərh sayı: 803
Xəbər sayı: 23
Xalı: 247
Qeydiyyat: 1.10.2011
Mükafatı yoxdur
Ellerine sagliq. Allah sirali olum versin. Cox cavan gedibler... Demeli heyatda ele yasamaliyiq, ele emeller etmeliyikki, sabah öleceymisiz kimi....




Status: qeyd edilməyib
imza
http://imgs.su/tmp/2012-04-08/1333886035-574.jpg
ICQ: --
Reputasiya: 19
Birtanem (Offline)
Əlavə edilən tarix 30 aprel 2012 18:18 | 9

Şərh sayı: 853
Xəbər sayı: 85
Xalı: 180
Qeydiyyat: 3.05.2009
Mükafatı yoxdur
Allah rehmet elesin!




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 6
xeyal98 (Offline)
Əlavə edilən tarix 30 aprel 2012 17:05 | 8

Şərh sayı: 1173
Xəbər sayı: 7
Xalı: 1057
Qeydiyyat: 4.02.2012
 
twk




Status: qeyd edilməyib
imza
- ALLAH Səni Sevdiyinə qovuşdursun - dedi dilənçi.
Susdum...
- Sevdiyin yoxdu? - dedi.
- Vαr αmα Olmαyαcαq duαyα 'Αmin' deyilməz dedim.
O dα Mənim kimi Susdu.
ICQ: 994555992804
Reputasiya: 1
fasqa (Offline)
Əlavə edilən tarix 30 aprel 2012 15:28 | 7

Şərh sayı: 3102
Xəbər sayı: 0
Xalı: 224
Qeydiyyat: 13.12.2010
 
allah rahmat elasin ruhlari wadolsun




Status: qeyd edilməyib
imza
manasiz hayat heyat gozal olsaydi dogulaken aglamazdiq heyat tamizl olsaydi olerken yuyulmazdiq
ICQ: --
Reputasiya: 0
MERICKA (Offline)
Əlavə edilən tarix 30 aprel 2012 13:33 | 6

Şərh sayı: 403
Xəbər sayı: 3
Xalı: 4
Qeydiyyat: 23.03.2012
Mükafatı yoxdur
ALLAH razi olsun!!!




Status: qeyd edilməyib
imza
MERYEM
ICQ: --
Reputasiya: 17
H.MAIL (Offline)
Əlavə edilən tarix 30 aprel 2012 12:37 | 5

Şərh sayı: 719
Xəbər sayı: 5
Xalı: 545
Qeydiyyat: 30.03.2012
Mükafatı yoxdur
TWK




Status: WWW.NICE.AZ
imza
♡♡♡♥♥♥inice♥♥♥♡♡♡
ICQ: --
Reputasiya: 7
SiMPLe_GiRL (Offline)
Əlavə edilən tarix 30 aprel 2012 11:50 | 4

Şərh sayı: 2242
Xəbər sayı: 452
Xalı: 2234
Qeydiyyat: 8.02.2012
  
GHoSTMaN,
cox sagolun xebere gore ,bir daha oz insanigimizi gosterdiy ki biz bunu hec bir vaxt unutmiyaciyiq ...Sizin butun sozlerinize qatiliram ,butun olenere Allah Rehmet elesin deyirem,Ruhlari wad olsun ,elimizden hecne gelmir tebi ki ..Allah piiis insanara lenet elesin,ozu bildiyi kimi onarin cezasin versin ..AMIN !!!




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 14
MILK_KLIK (Offline)
Əlavə edilən tarix 30 aprel 2012 11:26 | 3

Şərh sayı: 407
Xəbər sayı: 1
Xalı: 146
Qeydiyyat: 12.04.2012
Mükafatı yoxdur
GHOSTMAN,tewekkurler.Elbette biz bunu hec zaman unutmayacagiq.ALLAH REHMER ELESIN!




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 10
Candy (Offline)
Əlavə edilən tarix 30 aprel 2012 11:21 | 2

Şərh sayı: 887
Xəbər sayı: 64
Xalı: 702
Qeydiyyat: 21.02.2012
Mükafatı yoxdur
Allah oradaki butun olenlere rehmet elesin. cox gozel xeber idi. tewekkurler... biz bu qirgini hec vaxt unutmayacagiq...




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 26
GHoSTMaN (Offline)
Əlavə edilən tarix 30 aprel 2012 09:53 | 1

Şərh sayı: 1063
Xəbər sayı: 1066
Xalı: 7
Qeydiyyat: 30.03.2010
  
ALLAH BÜTÜN ÖLƏNLƏRİMİZƏ RƏHMƏT ELƏSİN, MƏKANLARI CƏNNƏT OLSUN. TƏBİİ Kİ, HEÇ BİR ZAMAN UNUDULMAYACAQLAR. GÖRƏSƏN BU QƏDƏR AİLƏNİ AĞLAR QOYANLARIN QAZANCI, GƏLİRİ NƏ OLDU ?? KİMLƏR O İŞİN BAŞINDA İDİSƏ, ALLAH HAMISINA LƏƏNƏT EYLƏSİN AMİN, AMİN, AMİN....

nermin555, xeyal98, MERICKA2 başqa bunu bəyənir.



Status: qeyd edilməyib
imza

ICQ: --
Reputasiya: Söndürülüb
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular