www.nice.az » Xəbərlər » Bakının 2020-ci il olimpiadası üçün idman qurğuları
Bakının 2020-ci il olimpiadası üçün idman qurğuları
Bu xəbəri dostlarınla paylaş:

Bakı şəhərinin 2020-ci il Yay Olimpiya Oyunlarında yarışları keçirmək üçün nəzərdə tutduğu idman qurğuları və onların yeri müəyyənləşib. Lent.az-ın məlumatına görə, “Bakı-2020â€nin Təşkilat Komitəsi bu barədə Beynəlxalq Olimpiya Komitəsinə təqdim etdiyi Sifariş Kitabında bilgi verib.
Kitabda qeyd olunub ki, olimpiada üçün nəzərdə tutulan 26 obyektdən yarısı artıq hazırdır. Bakı Sərgi Mərkəzi (“Baku Expo Centerâ€), Binə Mərkəzi, Milli Atıcılıq Mərkəzi, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tennis Mərkəzi dünya standartlarına uyğunlaşdırılıb. Gəncə, Qəbələ və Sumqayıt şəhər stadionları yenidən qurulacaq, “Eurovision-2012†Beynəlxalq Mahnı Müsabiqəsini qəbul edəcək Kristal Zalı və 17 yaşadək qızlar arasında dünya çempionatının oyunlarının da təşkil olunacağı 8-ci km stadionu tikilməkdədir. Bakı Olimpiya Stadionu, Milli Su İdman növləri Mərkəzi və Milli Gimnastika Mərkəzi 2013 – 2015-ci illərdə tikiləcək. 2019-cu ildə Velosiped-Motosiklet Mərkəzi, Çoxməqsədli Arena və Xocasən gölündə Kayak-Kanoe və Akademik Avarçəkmə Mərkəzinin tikintisi nəzərdə tutulub. Eyni zamanda Biləcəridə dağ veloidmanı və bulvar ərazisi də müvəqqəti qurğular kimi istifadəyə veriləcək.
26 qurğudan 21-i olimpiya kəndindən 20 dəqiqəlik məsafədə yerləşəcək.
İdman yarışlarının keçiriləcəyi yerlərə gəldikdə,
Oxatma və reqbi - 12 min nəfərlik 8–ci km qəsəbə stadionunda;
Açılış və bağlanış mərasimi, atletika, futbol (final) - 80 min nəfərlik olimpiya stadionunda;
Suya tullanma, üzgüçülük, sinxron üzgüçülük, su polosu, müasir beşnövçülük (üzgüçülük) yarışları - 12 min nəfərlik Milli Su İdman növləri Mərkəzində;
Açıq suda üzgüçülük və triatlon - Bakı buxtasında;
Badminton və bədii gimnastika - 6 min nəfərlik Milli Gimnastika Mərkəzində;
Basketbol, qılıncoynatma, müasir beşnövçülük (qılıncoynatma), həndbol, stolüstü tennis, taekvondo, ağırlıqqaldırma - 15 min nəfərlik Bakı Sərgi Mərkəzində;
Boks - 8 min nəfərlik Heydər Əliyev adına İman-Konsert Kompleksində;
Kanoe–kayaq (slalom, spirint) və akademik avarçəkmə - Xocəsən gölü ətrafında salınacaq 12 min nəfərlik avarçəkmə mərkəzində;
Velosipet idmanı - 5 min nəfərlik Velosiped-Motosiklet Mərkəzində;
Dağ velosipedi - 2 min nəfərlik Biləcəri Dağ Veloidman Qurğusunda;
Veloyürüş - bulvar ətrafında;
Velotrek - 5 min nəfərlik velodromda;
Atçılıq, otüstü hokkey, Müasir beşnövçülük (Atçılıq) - 12 min nəfərlik Binə Mərkəzində;
Futbol üzrə seçmə oyunlar - 15 min nəfərlik Qəbələ və Sumqayıt, 25 min nəfərlik Gəncə şəhər stadionlarında və 32 min nəfərlik Tofiq Bəhramov adına Respublika stadionunda;
Qolf - 2 min nəfərlik Bakı Arzular Adasında;
İdman gimnastikası və tramplin gimnastikası - 12 min nəfərlik Gimnastika Arenasında;
Güləş və cüdo - 25 min nəfərlik Kristal Zalında;
Yelkən idmanı – Bakı Yelkən İdmanı mərkəzində (Yaxt klub);
Atıcılıq - 3 min nəfərlik Milli Atıcılıq Mərkəzində;
Tennis - 21250 nəfərlik Tennis Mərkəzində;
Çimərlik Voleybolu - Bulvarda;
Voleybol - 15 min nəfərlik Baku Çoxməqsədli Arenada
təşkil olunacaq.
Bundan başqa Beynəlxalq Yayım və Media Mərkəzi, Media Mərkəzi və Olimpiya kəndi də salınacaq.
Bu arenalardan bəzilərində Paralimpiya Oyunları üzrə yarışlar da keçiriləcək.
Qeyd edək ki, Bakı şəhərinin 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarını keçirmək istədiyi tarix də müəyyənləşib. Beynəlxalq Olimpiya Komitəsinə təqdim olunan Sifariş Kitabında Yay Olimpiya Oyunlarının açılış mərasiminin 2020-ci il iyulun 17-də keçiriləcəyi göstərilib. Olimpiadanın bağlanış mərasiminin avqustun 2-də təşkili nəzərdə tutulub. Avqustun 13-də isə Yay Paralimpiya Oyunları start götürməlidir. Bu tədbir avqustun 24-dək davam edəcək.
2020-ci il Yay Olimpiya Oyunlarına Bakıdan əlavə, Doha (Qətər), İstanbul (Türkiyə), Madrid (İspaniya) və Tokio (Yaponiya) şəhərləri də iddialıdır. 2012-ci il mayın 23-də Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Kanadanin Kvebek şəhərindəki iclasında bu şəhərlər arasından “short list†(“qısa siyahıâ€) seçəcək. Qalib şəhərin adı isə 2013-cü il sentyabrın 7-də İOC-un Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək sessiyasında açıqlanacaq.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: GHoSTMaN |
Baxış sayı : 564 |
Rəylərin sayı (5) |
21 fevral 2012

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!