www.nice.az » Xəbərlər » Kod yazmadan veb sayt - Adobe Muse
Kod yazmadan veb sayt - Adobe Muse
Bu xəbəri dostlarınla paylaş:

Adobe şirkəti HTML5-in çıxmasından sonra flash texnologiyasının arxa planda qaldığını görüb yeni məhsullar çıxarmağa başlayır. Bu yeni məhsullar da yeni trend HTML5-in xüsusiyyətlərini istifadə edir. Qısa müddət əvvəl flashları HTML5-ə çevirən proqramını istifadəyə vermişdi. Avqustun 15-i isə Muse adında daha başqa bir məhsulun beta versiyasını istifadəyə verdilər. Muse kod yazmadan sayt düzəltməyə kömək edən texnologiyadır. Əsasən qrafik dizaynerlər üçün nəzərdə tutulan, onların işini asanlaşdıracaq bir məhsul olaraq təqdim edilir.
Daha əvvəl Dreamweaver ilə veb dizaynerlərin bir nömrəli köməkçisi olan Adobe, bu dəfə kod yazmağa ehtiyac duymadan bir-birindən bənzərsiz veb saytları meydana gətirməyi təmin edən bir vasitə təqdim edir. Muse kod adlı proqramın beta versiyasını istifadəyə verən Adobe, proqramı bir başqa məhsulu olan Adobe Air ilə develop edib. Bu da Muse-un həm PC həm də Mac-larda işləyə bildiyi mənasını verir.
Proqram indi beta mərhələsində olduğu üçün fərqli sistemlərdə fərqli səhvlər tapıla bilər. Ancaq bu səhvlər final versiya ilə birlikdə tamamilə aradan qaldırılmış olacaq. Muse HTML5 və CSS3 daxil olmaq üzrə ən son veb standartlarını istifadə edir. Üstəlik bütün bunları, semantik olaraq tamamilə doğru kodlar meydana gətirərək edir.
Proqramın bir başqa əhəmiyyətli xüsusiyyəti də veb saytına müxtəlif widgetlər əlavə edə bilməsidir. jQuerry ilə yazılmış bu widgetlər sayəsində veb saytınıza dinamik xüsusiyyətlər əlavə edə bilirsiniz.
Məhsulun final versiyasını 2012-nin əvvəlində çıxarmağı planlayırlar.
Muse haqqında daha çox məlumata sahib olmaq istəyən dizaynerlər muse.adobe.com ünvanından proqramın ödənişsiz İngiliscə beta versiyasını endirə bilər, Muse ilə hazırlanmış web site-lara aid qalereyaları görə bilər və tutoriallara baxa bilərlər.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Naxcione |
Baxış sayı : 427 |
Rəylərin sayı (3) |
4 oktyabr 2011

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!