

www.nice.az » Xəbərlər » Alimlərdən şok iddia
Alimlərdən şok iddia

Alimlər yekdilliklə 2029-cu ildə asteroidin Yerlə toqquşmayacağı fikrindədirlər. Amma belə bir təhlükə var ki, Yerin qravitasiya sahəsi asteroidin hərəkət trayektoriyasını dəyişdirə bilər. Bu isə onun trayektoriyasının növbəti periodunda - 2036-cı ildə Yerlə toqquşmasına səbəb ola bilər. Alimlər bildirilər ki, bu problemin həlli ilə bağlı hazırlığa nə qədər tez qərar verilsə, nailiyyət şansımız bir o qədər çox olacaq. Bunun üçünsə elə indidən hazırlıqlara başlanmalıdır.
Asteroidin hərəkəti ilə bağlı başqa bir ssenari isə 2034 və 2065-ci illərdir.
Belə ölçüdə asteriodlərin Yerə bu qədər yaxın məsafədən keçməsi isə tez-tez baş vermir. Bu hal 1300 ildə bir təkrarlanır. Bu ölçüdə asteroidin Yerlə toqquşması isə 1500 meqatondur. Müqayisə üçün qeyd edək ki, 1908-ci ildə Tunqusa düşən metoritin gücü 10-15 meqaton olub.
Xatırladaq ki, "Apophis" adını 19 iyul 2005-ci ildə alıb. O adını qədim Misir Allahı "Apep"dən götürüb. Mənası isə gecə vaxtı Günəşi məhv etməyə hazırlaşan və Duatda (yer altında) yaşayan böyük ilan, dağıdıcı deməkdir.
Onun bu cür adı Yerlə toqquşmasında da özünü göstərə bilər. Alimlər indidən baş verəcək faciəvi hadisənin miqdarının ən azı 400 milyard dollar olacağını bildirilər. Hadisə nəticəsində baş verəcək insan təlaşlarından ölüm sayı isə ölçüyəgəlməzdir.
İlkin hesablamalara görə, asteroidin Yerlə toqquşma nöqtəsi 10 dərəcə şimal eni, 90 dərəcə qərb uzunluğudir. Bu isə Şimali Amerikanın cənub sahillərinə düşür.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: persiangirl |
Baxış sayı : 624 |
Rəylərin sayı (9) |
29 aprel 2011




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!