www.nice.az » Xəbərlər » Aktyor Elçin Həmidov vəfat edib
Aktyor Elçin Həmidov vəfat edib

Aktyorun vəfatı etdiyi bu gün axşam saatlarında məlum olub.
Qonşularının və tanışlarının bildirdiyinə görə, aktyoru sonuncu dəfə martın 4-də axşam saatlarında görüblər. Bu gün isə ondan xəbər çıxmayıb. E.Həmidov bu gün tamaşada iştirak etməli olsa da, işə getməyib. Bundan sonra onun evinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb. FHN əməkdaşları pəncərədən mənzilə daxil olaraq, E.Həmidovun cəsədini tapıblar. İlkin versiyaya görə, o, ürək xəstəliyindən vəfat edib.
Həmidov Elçin Qəzənfər oğlu - 1958-ci ildə anadan olub. O, 1981-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsini bitirib. 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərib. Məlahətli səsə və məharətli aktyorluq bacarığına malik olan Elçin, klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar yaratmağa nail olub. O, “Olmadı elə, oldu beləâ€də Gülüstan, “Boşanaq, evlənərikâ€də İkram, “Qarğa məndə qoz varâ€da Zərzibonskaya, “Qızıl gülâ€də Azay, “Beş manatlıq gəlinâ€də Nadir, “Özümüz bilərikâ€də Miriş, “Subaylarınızdan görəsinizâ€də Mayıl, “Hərənin öz ulduzuâ€nda Nəzir, “Nəğməli Könülâ€də Mustafa, “Səhnədə məhəbbətâ€də ofisiant, “O olmasın, bu olsunâ€da Rza bəy, “Talelər qovuşandaâ€da Potuş və başqa surətləri məharətlə oynadığına görə tamaşaçıların rəğbətini qazanıb. Tamaşaçılar onu daha çox “Bakılı oğlanlarâ€ın (“Planeta parni iz Bakuâ€) tamaşalarında Məzi rolunun ifaçısı kimi tanıyıblar.
Allah rəhmət eləsin!

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: M1rZ3 |
Baxış sayı : 610 |
Rəylərin sayı (16) |
5 mart 2011

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!