www.nice.az > Musiqilər > A-Team ( Şahruz ) - Çıx get // 2011 // Logosuz
A-Team ( Şahruz ) - Çıx get // 2011 // Logosuz31 iyul 2011. Müəllif: NF-FARID |
![]() A-Team ( Şahruz ) - Çıx Get / Yeni 2011 Yüklə | Download | Скачать Lyrics: (Chorus) Çıx get bu şəhərdən , geriyə dönmədən, arxaya baxmadan Çıx get bu şəhərdən, utanmadan, heç kimi görmədən sən Çıx get... İkimiz də bilirdik onsuz da bizim sonumuz yoxdu hekayədə Sən də, mən də özümüzə aşiq, egolar durmaz ki bir yerdə Əslində sənə yox qəzəbim,bil əslində özümədir əsəbim Ayrılıqda günahkar olmaz, səbəbini xatırlamıram, əşi nə bilim Dağılır beynim, indi yox Leylim, indi sənə yox, siqaretə meylim "Həyat qəribədir" deyirdi müəllim, göz yaşlarının ahı tutdu məni Tanrı deyəsən unutdu məni, səni çox üzdüm, bunu bilirəm Sevgim deyəsən qudurtdu məni Məhv etdi hər şeyi bir yalanım, sadəcə sevmək idi tələbin Halbuki yox idi bir yalanın, nə xəyanətin, nə də para-pula həvəsin Nəfəsim daralır, gözüm qaralır, əsəbdən beynim dağılır Bir zəng etmək necə çətin gəlir, kim deyir ki, əlacı tapılır (Chorus) Çıx get bu şəhərdən , geriyə dönmədən, arxaya baxmadan Çıx get bu şəhərdən, utanmadan, heç kimi görmədən sən Çıx get Biz bu sevgini vaxtından tez böyüdüb, tez böyüdük Hərdən çıxdıq cəmiyyətin əksinə, azadlıq sevgisiylə biz bölündük Darıxıram, hərdən gəzirəm şəhəri bəlkə rastıma çıxacaq deyə Gözlərim görür səni, ürəyim ağrıyır, peşmanam, ölürəm axı niyə Gözlərimiz ayrı olsa da, göz yaşlarımızın rəngi bir, əzizim Soyadımız ayrı olsa da, istəyərdik olsun bir kaş Axtarıram sənin qoxunu, girmədiyim parfümeriya qalmayıb Anladım sonunda bədənimin qoxusu sənin qoxunla qarışıb Bakı sən demək artıq mənim üçün, hər tərəfdə xatirələr var Memarlar səni çəkib hər yerə, səni göstərir mənə hər daş, hər divar Telefon zənglərində artıq həyəcan yox “Alo, eşidirəm, haycan†yox, “əzizim†yox Candan ən əziz olan tək varlıq can yox (Chorus) Çıx get bu şəhərdən , geriyə dönmədən, arxaya baxmadan Çıx get bu şəhərdən, utanmadan, heç kimi görmədən sən Çıx get... |