www.nice.az > Mobil Dünyası > "Apple" və "Samsung" bütün əlaqələri kəsir
"Apple" və "Samsung" bütün əlaqələri kəsir4 may 2013. Müəllif: F_E_R_I_D |
![]() Əlaqələrin dayandırılması ABŞ və Cənubi Koreya korporasiyalarına çox pis təsir edə bilər. "Apple"in gərəkli hissələr istehsalını Tayvana köçürəcəyi bildirilir. "Apple" və "Samsung" arasında davam edən patent, lisenziya savaşları, məhkəmələr və mübahisələrlə müşayiət olunan proses artıq yeni səviyyəyə çıxıb. Apple-nin satışa çıxardığı yeni iPhone 5 smartfonun "düşünən beyni" A6 mikroprosessorudur. Həmin mikroprosessor isə "Samsung" istehsalıdır. Korea Times-a istinadən bildirir ki, "Samsung" amerikalılar üçün ekran və çip başda olmaqla, bir sıra hissələr istehsal edir. Bloomberg-in məlumatına görə, "Samsung"un illik gəlirlərinin 7,6 faizi də məhz "Apple"a satılan hissələrdən əldə olunur. A6 çipi "Apple"a aiddir, "Samsung" bu çipi, sadəcə, istehsal edir. "Apple" korporasiyası A6 çipindən sonra olacaq A7 çipinin istehsalını artıq "Samsung"a yox, Tayvandakı Semiconductor Manufacturing Company (TSMC) şirkətinə həvalə edəcək. Ekspertlərin fikrincə, bu iddialar reallaşarsa, "Samsung" korporasiyası milyardlarla dollarlıq gəlirini, "Apple" isə ən böyük tədarükçülərindən birini itirəcək. |