www.nice.az > Mobil Dünyası > “iPhone” 5 yaşını qeyd edir

“iPhone” 5 yaşını qeyd edir


4 iyul 2012. Müəllif: Candy
“iPhone” 5 yaşını qeyd edir

“Apple” şirkətinin telefon bazarını tamamilə dəyişən inqilabi “iPhone” telefonlarının istehsala buraxılmasının üstündən 5 il keçir.
“iPhone” smartfonlarının birinci versiyası ilk dəfə 2007-ci ildə iyunun 29-da ABŞ-da satışa buraxılıb. Satışa buraxıldıqdan sadəcə bir neçə gün sonra smartfon 270 min ədəd satılıb. Bu yalnız bir ölkədə satışa çıxarılan və bazarda çox yeni olan bir məhsul üçün böyük göstərici idi. Həm də “iPhone”-un ilk versiyası çox baha idi. 4 gegabayt yaddaşa malik telefonların qiyməti 499 dollardan başlayırdı.
Əslində, 2008-ci ilə qədər “iPhone” şərti olaraq smartfon adlandırılırdı. Cihaz digər proqramların quraşdırılmasını dəstəkləmirdi. Buna görə “Apple” şirkəti 2008-ci ildə onlayn “App Store” adlı xidmət istifadəyə verdi. Bu developerlərə xüsusi olaraq “iPhone” üçün hazırlanmış proqramları satmağa imkan yaratdı.
Hal-hazırda “App Store”-da olan applikasiyaların sayı 650 mindən çoxdur.
Ancaq hamı “iPhone” -un uğuruna inanmırdı. Cihazın qeyri-praktiki olduğunu irəli sürən “Microsoft”-un baş direktoru Stiv Ballmer də bunlardn biri idi. Ancaq illər sonra “Microsoft” “iPhone” və “Android” cihazlarının təsiri altında öz “Windows Phone” əməliyyat sistemlərini istifadəyə verdi.
“Strategy Analytics” şirkətinin statistikasına əsasən, istifadəyə verildiyi 5 il ərzində “iPhone” telefonları 250 milyondan çox satılaraq smartfon bazarının lideri olub.