www.nice.az > Mobil Dünyası > İtən uşaqları “iPhonâ€lar vasitəsilə axtarmaq mümkün olacaq
İtən uşaqları “iPhonâ€lar vasitəsilə axtarmaq mümkün olacaq12 avqust 2011. Müəllif: vusaal |
![]() ABŞ-ın Federal Təhqiqatlar Bürosu xüsusi proqram hazırlayıb Federal Təhqiqatlar Bürosu iPhone üçün Child ID pulsuz əlavə buraxıb. Həmin əlavənin köməyilə valideynlər mobil qurğuda uşaqları haqqında informasiya yerləşdirə biləcəklər. İnformasiyada uşaqların boyu, çəkisi, barmaq izləri, xüsusi əlamətləri, həmçinin fotoşəkli əks olunacaq. Uşaq itdiyi zaman bu göstəricilər operativ şəkildə polisə və ya Federal Təhqiqatlar Bürosunun serverinə ötürülür. Proqramda həmçinin itən uşaqla bağlı 911 təcili yardım xidməti və milli “qaynar xəttâ€lə birbaşa əlaqə üçün düymə var. Bundan başqa xüsusi düymə itmiş uşağın məlumatlarını internetə ötürür. Əgər ailədə uşaqların sayın çoxdursa, iPhone-da bir neçə profil yaratmağa imkan var. Bu proqramda əsas ehtiyatlanası məsələ fərdi məlumatların, xüsusən də həddi-buluğa çatmayanlar haqqında informasiyanın qorunması və təhlükəsizliyilə bağlıdır. Lakin qurumun nümayəndələri əmin edirlər ki, bu informasiyalar istər hakimiyyət tərəfdən, istərsə də şirkət tərəfindən digər məqsədlər üçün istifadə edilməyəcək. Sözügedən informasiya müvafiq qurumlara yalnız uşaq itəndə ötürüləcək. |