www.nice.az > Mobil Dünyası > Rollerphone telefonu

Rollerphone telefonu


3 aprel 2011. Müəllif: NiXaTo
İlk baxışdan futurustik bilərzik-saatı xatırladan bu qeyri-adi telefon hərəkətli şəffaf ekranla təchiz edilmişdir. Ekranın bazasının isə qeyri-şəffaf olması qurğuya xüsusi bir təzadlılıq gətirir.

Ekran Olduqca Hərəkətlidir

Yüksək texnologiyaya malik Rollerphone adlı bu konseptin hazırlanmasında heyrətamiz erqonomika və antropometriya bilikləri tətbiq olunmuşdur. Belə ki, ekran barmaq ucları səviyyəsinədək hərəkət edir və bu da onu əldə rahat yerləşdirməyə imkan verir. Belə olduqda mikrofon və dinamik uyğun olaraq ağız və qulaq səviyyəsində yer almış olur.

Rollerphone Telefonunun Özəllikləri

Sms göndərmə və zəng etmə/qəbul etmə kimi standart funksiyalarla yanaşı, Rollerphone həm də zəngin media mərkəzə malikdir. Telefonun ekranındaca video seyr
etmək, çat vasitəsilə ünisiyyət qurmaq, oyunlar oynamaq, musiqi dinləmək və hətta kitab oxumaq mümkündür.


Böyük ölcüdə baxmaq ücün üzərinə klik edin


Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.