www.nice.az > Mobil Dünyası > Android əsaslı 3 ölçülü telefon konsepsiyası
Android əsaslı 3 ölçülü telefon konsepsiyası6 fevral 2011. Müəllif: NiXaTo |
Artıq gerçəyə çevrilərmi çevrilməzmi bilmirik amma 3 ölçülü telefon konsepsiyası qarşılaşdıq. Telefonun əməliyyat sistemi olaraq da təbii ki son zamanların ulduz ƏS-i olan Android nəzərdə tutulub. Kristian Ulrich Larsen tərəfindən hazırlanan bu 3 ekranlı smartfon ilə eyni anda 3 fərqli veb saytını birdən göstərə bilir, iki telefon arasında yalnız barmağımızla göndərmək istədiyimiz faylın üzərinə qoyub cihazlar arası sürüşdürərək məlumat mübadiləsi edə bilirik. Yaxud 2 yoldaş bir masada qarşılıqlı oturub fərqli videoları izləyə bilirik. Fiziki QWERTY klaviaturası da var, üstəlik telefonun quruluşu etibari ilə qatlayaraq istifadə etməyə imkan yaradır. CES 2011-də Samsung-un bükülə bilən Amoled ekranlarını görmüşdük. Bu tip telefonlar üçün rahat istifadə imkanı da verir. Bəlkə də belə cihazlarıda görə biləcəyik. |