www.nice.az > Ordan-Burdan > Asan yemək
Asan yemək1 fevral 2011. Müəllif: damn think |
![]() «TEZBAZAR» SALATI 100 q dana əti 1 ədəd pomidor 1 ədəd kök 2 dilim çörək 1/2 soğan Tumsuz zeytun Cəfəri Mayonez Duz İstiot Bişmiş kökü doğrayın, çörəyin dilimlərini də kub şəklində doğrayıb bitki yağında qızardın. Soğanı halqa, pomidoru dairə şəklində, dana ətini uzun-uzun doğrayın. Boşqaba əvvəlcə kahı qoyun, üstünə pomidor, mayonez, kök, çörək, soğan, zeytun, ət düzün, duz, istiot vurun. Salatı cəfəri ilə bəzəyin. ƏT YUVASI 300 q ət qiyməsi 90 q baş soğan 90 q pendir 90 q kivi 1 ədəd yumurta Ət qiyməsinə yumurta və doğranmış baş soğanı əlavə edin. Ətdən «səbət» hazırlayın və tavada qızardın. Pendiri sürtgəcdən keçirin, «səbətlər»in içinə doldurun, üstünə kivi qoyun, folqaya büküb hazır olanadək sobada bişirin. «VALENTİNKA» PİROJNALARI 3 ədəd yumurta 250 q şəkər tozu 200 q un 1 ədəd yumurtanın ağı Cem (çiyələk, moruq, albalı) Duz Yumurtaları 200 q şəkər tozu ilə çırpın. Un əlavə edib yaxşıca qarışdırın. Qəlibə yağ çəkin və ya bişirmə üçün xüsusi kağız salın. Xəmiri əlavə edib 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Kağızdan ürək şəklində trafaret kəsin və onun köməyilə soyumuş biskviti ürək formasında kəsin. Yumurtanın ağını 50 q şəkər tozu və bir çimdik duzla köpüklənənə və qatı olana kimi çalın. Trafaretin köməyilə bişirmə üçün xüsusi kağızda karandaşla ürək şəkli çəkin. Bezeni mətbəx şprisinə töküb (şprisiniz yoxdursa, paket düzəldib, bezeni töküb ucunu kəsə bilərsiniz) kağızdakı ürəyin kənarlarını haşiyələyin. 100 dərəcə qızdırılmış sobada 50 dəqiqə bişirin. Hər ürəyə meyvəli və ya giləmeyvəli cem sürtün, üstündən bezeni qoyun. |