www.nice.az > Ordan-Burdan > Qadınlar və kosmetika

Qadınlar və kosmetika


26 yanvar 2011. Müəllif: Ayla_girl
Qadınlar və  kosmetika

Qadınlar və kosmetika

Mövzu kosmetik vasitələr olduqda bir çox qadının diqqətini cəlb edir. Amma yeni aparılan araşdırma bu vasitələrin tərkibindəki kimyəvi maddələrin insan sağlamlığını təhlükə altında qoyduğunu və bir çox fəsadlara yol açdığını bildirib. Dezodorant firması Bionsenin apardığı araşdırma, təqribən bir qadının orqanizminin gündəlik makyaj və kosmetik vasitələrlə 515 müxtəlif sintetik kimyəvi maddənin təsirinə məruz qaldığını müəyyən edib. Allergiya, hormon pozulması, həssaslıq kimi bir çox problemə yol açan bu kimyəvi maddələrin bəziləri, ev təmizləmək üçün istifadə olunan vasitələrin tərkibində də istifadə olunur. Məsələn, kosmetika dünyasında saç geli, sampun və bədən losyonu kimi bir çox məhsulda istifadə edilən paraben maddəsinin son vaxtlar süd vəzisi xərçənginə səbəb olduğuna dair iddialar gündəmdən düşmür.