www.nice.az > Ordan-Burdan > Ağlayan Keks

Ağlayan Keks


19 yanvar 2011. Müəllif: hebibi_p
Ağlayan Keks

Ağlayan Keks


İçindəkilər:
4 yumurta
3 fincan şəkər
3 fincan
1,5 x/qaşığı kakao
2 x/qaşığı süd
1 paket qabartma tozu

Kremi :

1 stəkanı süd
1 paket krem şanti

Sousu:

1 su stəkanı süd
1 x/qaşığı un
1 stəkanı su
1 x/qaşığı kakao

Hazırlanması:

Keksi üçün əvvəl yumurta və şəkəri çırpın. Sonra 2 x/qaşığı südü və kakaonu əlavə edin. Bir az çırpdıqdan sonra ununu töküb təkrar çırpın. Ən son qabartma tozunu əlavə edib yaxşıca çırpdıqdan sonra yağlanılmış qaba boşaldıb 175 dərəcədə qızdırılmış sobaya qoyun. 30 dəqiqə sonra götürün və isti keksin üstünə 2 stəkanı südü hər yerinə gəzdirərək boşaldın. Sonra soyumağa qoyun. Keks soyuduqdan sonra əvvəldən hazırlanmış krem şantini üzərinə çəkin.
Sousu üçün hər şeyini töküb qarışdıra qarışdıra bişirin. Qaynadıqdan sonra oddan alıb və soyumağa qoyun. Soyuduqdan sonra keksin üstünə boşaldın. Soyuducu bir az saxladıqdan sonra servis edin.