www.nice.az > Ordan-Burdan > "Yolka" salatı

"Yolka" salatı


31 dekabr 2010. Müəllif: NiXaTo
"Yolka" salatı


İstifadə olunacaq ərzaqlar:

1. toyuq döşü-200qr

2. kartof-4 ədəd

3. kök-1 ədəd

4. yumurta-4 ədəd

5. holland pendiri-200 qr

6. konservləşdirilmiş qarğıdalı bir balaca banka

7. 1 ədəd soğan (mən göy soğan əlavə etdim)

8. şüyüd, duz, istiot

9. Mayonez

Hazırlanması:

Toyuq, kök,kartof,yumurta suda qaynadılır.

Kartof, yumurta və kök rəndədən keçirilir.

Aşağıda yazılan ardıcıllıqla qaba düzülür:


1. 1-ci qat Kartof+duz+mayonez

2. 2-ci qat Soğan+mayonez

3. 3-cü qat-Toyuq xırda doğranılır+duz+mayonez

4. 4-cü qat Yumurta+duz +mayonez

5. 5-cı qat Holland pendiri

Sonda xırda doğranmış şüyüd ilə salatın üzəri ağ yer qalmamaq

şərti ilə bəzədilir, üzəri yolka zəri kimi qarğıdalı

və kvadrat şəkilində doğranmış köklə şəkildəki kimi bəzədilir.

Və salatımız hazırdır. Çox dadlı salatdır. Nuş olsun