www.nice.az > Ordan-Burdan > Müasir qızlar

Müasir qızlar


20 dekabr 2010. Müəllif: Sparrow
Müasir qızlar

Müasir qızlar


Qadının taleyi öz əlindədir. Xoşbəxtliyi onun özündən, ağlından, dünyagörüşündən,

davranışından asılıdır. Ona görə də qadınların həyatda fəal mövqe tutması

xüsusilə vacibdir. Müasir qız necə olmalıdır? fikrinə münasibətlər təbii ki müxtəlifdir:

-müasir qız təmkinli, səbirli, mədəni olmalı, daim özünü təkmilləşdirməlidir;

-özünü məktəbdə, iş yerində, küçədə, ictimai yerlərdə,

habelə ailədə ədəbli, mərifətli aparmalıdır;

-geyiminə-keçiminə, davranışına fikir verməli, moda əsiri olmamalıdır;

-yoldaşları, ailə üzvləri, qohumları,

tanış-bilişləri ilə münasibətdə səmimi,

mehriban olmalı, onlarla xoş rəftar etməli,

böyüklərin hörmətini saxlamalıdır;

-ünsiyyət mədəniyyətinə yiyələnməli, açıq-saçıq davranmamalı,

ismətli, həyalı, həyatda gözüaçıq, təhsilli olmalıdır;

-geniş dünyagörüşə yiyələnməli, respublikamızın, ölkəmizin,

eləcə də müasir dünyanın hadisələri ilə maraqlanmalı,

öz münasibətini bildirməyi bacarmalı, ideya əqidəliliyinə

malik olmalıdır.Bir sözlə qadın hər şeyi bacarmalıdır.

Müasirliyi ən son dəbdə geyinmək, sir-sifətini hər dəfə bir cür

və yeni geyiminə uyğun bəzəmək, özünü oğlan kimi aparmaq,

hətta içkiyə, papirosa meyl göstərmək, evdə ata-anasının

üstünə çımxırmaq, rəfiqələri və oğlan yoldaşları ilə yeri gələndə

kobud rəftar etmək kimi başa düşən qızlar da vardır.

Belələri ailə həyatına da barmaqarası baxırlar.

Müasir qız on beş-iyirmi il bundan qabaqkı qızlardan öz inkişaf səviyyəsinə,

müstəqilliyinə, azad fikirliliyinə, ictimai fəallığına,

təşəbbüskarlığına görə fərqlənir. O, cəmiyyətin ictimai

həyatında, yenidənqurma prosesində daha yaxından iştirak

etməli, aşkarlığın bərqərar olduğu hazırkı vaxtda

öz sözünü deməkdən, fikrini bildirməkdən çəkinməməlidir.

İndi isə qadınlıq anlayışı haqqında. Qadını zinətləndirən onun

məhz qadınlığıdır, yəni qadınlıq keyfiyyətlərinə malik olmasıdır.

Lakin bu anlayışı bəzən, ilk növbədə elə qadınların özləri düzgün

başa düşmürlər. Bir çoxları üçün həmin məfhum son dərəcə zahiri

əlamətlərlə səciyyələnir: yaxşı geyinirsə, cazibədar sifətə,

mütənasib qamətə malikdirsə, demək qəlbləri fəth edəcək.