www.nice.az > Ordan-Burdan > Körpənin yuxusu
Körpənin yuxusu6 iyun 2009. Müəllif: QaRa_KaPSoN |
![]() Körpənin yuxusu Qədim yunanlar hesab edirdiləri ki, yuxu allah Hipnosun oğullarından biri olan qanadlı Moreyem allahı tərəfindən insanlara bəxş edilmiş vergidir. Onlar həqiqətən də haqlı idilər, yuxu doğurdan da Təbiətin bizlərə bəxş etdiyi vergidir, onun əhəmiyyətinini yenidən qiymətləndirmək çətindir. Yuxu gücün bərpa edilməsinin əsas vasitələrindən biridir. Yuxu zamanı enerji eytiyyatının toplanması, regenerasiya, plastik mübadilə prosesləri gedir. Nəticədə isə gün ərzində sərf edilmiş enerji ehtiyyatları yenidən bərpa olunur. Yuxu ərzində insan orqanizmində əhəmiyyətli dəyişikliklər baş verir. Hər şeydən əvvəl mərkəzi əsəb sisteminin təsirinin dərhal düşməsini qeyd etmək lazımdır ki, bu da bütün orqanizm üçün, xüsusilə də əsəb sistemi üçün tam dinclik və raharlıq şəraiti yaradır. Yuxu sinir sisteminin “xilaskarınaâ€, onun əsəb hüceyrələrinin həddən artıq qıcıqlanmasına qarşı mühafizəçiyə çevrilir. Aparılan araşdırmalar da göstərdiyi kimi, yuxu zamanı insan orqanizmi, xüsusilə də əsəb sisteminin sonrakı fəaliyyəti üçün zəruri və faydalı olan mürəkkəb biokimyəvi bərpa, qida maddələrinin enerji həzmi və enerji toplanması prosesləri gedir. Deməli yuxu istirahətin əsas və əvəzedilməz formasıdır. Hələ keçmiş zamanlarda da deyilmişdir ki, yuxu “təbiət qoynunda yeməkdən daha yaxşıdırâ€. Yuxu silsiləli prosesdir. Yatmış insanın beynindəki bioloji prosesləri qeydə alınması zamanı silsilələrin formalaşması ilə yuxunun yavaş yaxud ortodoksal və sürətli yaxud paradoksal mərhələlərinin növbələşməsi aşkar olunmuşdur. Yuxunun yavaş mərhələsi də öz növbəsində dörd dövrə bölünür. Birinci mərhələ mürgüləməyə aid edilir. İkinci dövr əsil yuxunun başlanğıcını özündə təmsil edir. Üçüncü və sonrakı dövr dərin yuxudur. Bundan sonra sürətli yuxunun növbəti mərhələsi inkişaf edir. O, özlüyündə müəyyən dərəcədə ayıqlığa uyğun olan, lakin daxilə yönələn orqanizm vəziyyətini təqdim edir. Məhz bu səbəbdən sürətli yuxunu paradoksal adlandırırlar. Bu zaman əzələlər darin yuxu vaxtındakı kimi daha çox rahatlaşır, lakin insanı yüngül yuxudakı kimi asanlıqla oyatmaq olar. Bu mərhələdə insanda gözlərin sürətli hərəkətləri çoxsaylı yuxugörmələr müşahidə olunur. Yuxudan sonra uşağın özünü gümrah və istirahət etmiş hiss etməsi üçün onun yuxu silsiləsinin ortasında deygil, sonunda (sürətli yuxu zamanı və ya sürətli yuxunun sona çatmasına qədər) oyanması lazımdır. Qədim yapon təbibləri silsilənin ortasında oyanmağı baş nayihəsinə dəyənəklə vurulan zərbə ilə müqayisə edirdilər. Balaca uşaqlarda (xüsusilə körpələrdə) adətən yuxunun bio-ritmi pozulmur. Lakin gioritmi körpənin rejim üzrə yedizdirilməsi, yalnız valideynlərin onun yemək vaxtının çatdığını hesab edərək oyatmaları poza bilər. Körpənin rejimə deyil, tələbata əsasən sinə ilə bəslənməsi təkcə yaxşı həzm etməsinə deyil, həm də yuxunun təbii bioritmini qorumasına imkan verir. Sutka ərzində uşaq yuxusunun davamlılığı ayrı-ayrı uşaqlarda fəqli ola bilər. Orta miqdar cədvəl 4-də göstərilmişdir. Cədvəl 4. Sutka ərzində uşaq neçə saat yatmalıdır (orta rəqəmlər) Uşağın yaşı (sutka ərzində saat) Yeni doğulmuş 16 – 17 3 aydan 6 aya qədər 14 – 15 7 aydan 12 aya qədər 13 – 14 Əgər sizin körpənizdə yuxu ilə bağlı hər hansı problemlər meydana gələrsə aşağıdakı məsləhətlərə riayət edin: 1. Əgər körpəniz çətinliklə rahatlaşırsa onun otağının interyerinə pastel-mavi və ya yaşıl rəngli predmetlər daxil etməyi sınayın. Bu çalarları divar kağızına, döşəkağına, gecə köynəyinə tətbiq etməklə kifayətlənin. Daima nədənsə narahat olanlar üçün çəhrayı və yasəmən gülü rəng boyaları da münasibdir. 2. Çarpayınızı (və ya körpəniz sizinlə yatmırsa onun da çarpayısını) metal konstruksiyasından və televizor kimi elektro-maqnit şüalarından, o cümlədən elektrik naqilləri keçən divardan uzaq yerləşdirdin. Uşaq çarpayısının söykənəcəyi uşağın boyundan 20-30 sm hündür olmalıdır. 3. Uşağın yataq ağları nəinki təmiz, həmçinin müxtəlif əyləncəli rəsmlərlə gözəl olmalıdır. ən yaxşı ağ təbii pambıq hazırlanmış olanlardır. 4. Körpənizi mümkün qədər çılpaq yatızdırmağa çalışın – dəri məsamələr vasitəsilə yaxşı nəfəs almalıdır. 5. Yatmazdan əvvəl yeri yaxşı yoxlamaq tövsiyyə olunur. Yaxşı olardı ki, uşaq yatarkən nəfəslik (havanı dəyişdirmək üçün pəncərədə kiçik göz) və ya eyvanın qapısı açıq olsunlar. Hava şəraiti imkan verərsə açıq havada yatmaq daha yaxşı olardı. 6. Yatarkən körpəni heç vaxt oyatmayın, hətta onun yemək vaxtı çatsa belə: körpə üçün yuxu bioritmini və oyaqlılığı formalaşdırmaq daha vacibdir. 7. Gecə yedirməsi zamanı mümkün qədər sakit davranın: çalışın az danışıq səsləri, daha az işıq, körpə ilə daha az baxış kontaktı olsun. Gündüz yedirməsi zamanı coşğun olun, uşağı tez-tez pəncərəyə– gündüz işığına tərəf gətirin, onunla ucadan və sevinclə danışın. 8. 9 – 12 aydan gec olmamaq şərti ilə gecə yedirmələrindən imtina edin. 9. Uşaq üçün onun yatacağı gözəl oyuncaq (daha yaxşı olardı ki, o özü bunu seçsin) seçin. Oyuncaq uşağın onu qucaqlaması üçün həddən artıq böyük, eyni zamanda da gecələr yataqda itməməsi üçün həddən artıq kiçik olmamalıdır. 10. Çarpayının yanında alaqaranlıqda uşağı qorxudacaq predmetlərin olmamasına əmin olun. 11. Uşağın matrası həddən artıq yumşaq olmamalıdır, yaxşı olardı ki, o, müəyyən dərəcədə sərt olsun. O, cutdan (hind kəndiri) və ya küləşdən ola bilər və ya xüsusi körpə ortopepik matras əldə etmək olar. Mütəxəssislərin qeyd etdiyi kimi uşağa yaylı və ya pambıqla (sinteponla) doldurdulmuş matras almaq məsləhət görülmür. Matras alarkən onun hipo-allergik materialdan hazırlandığından əmin olun. Həmçinin qeyd etmək lazımdır ki, küləş və ya digər təbii materiallardan hazırlanmış matrasdan “nəsillikcə†bir uşaqdan digərinə verməklə çox uzun müddət istifadə etmək məsləhət görülmür. Məsələ burasındadırd ki, zamanda keçdikcə bunda nəinki toz əmələ gəlir, həmçinin uşaqda allergiya yarada biləcək müxtəlif növ mikroorqanizmlər formalaşmağa başlayır. Çox uzun müddətə istifadə olunan matras zaman keçdikcə öz formasını itirir. 12. Əgər uşaq sizdən ayrı yatırsa onun çarpayısını pəncərənin yanına qoymayın: küçədən gələn qəfil səslər onun yatmasına mane olacaq. Bundan əlavə pəncərə pərdəsinin şnurları da müəyyən dərəcədə qorxu hissi oyada bilər, ələxsus da əgər uşağın əli onlara çatırsa belə qorxu hissi istisna edilmir. Bəzən onlar bəxbəxt hadisələrə də səbəb olmuşlar. 13. Bir çox valideynlər uzun müddət yatmayan, gecələr tez-tez oyanan, səhərlər həmişəkindən gec oyanan körpə uşaqlarından narahat olurlar. Analar və atalar qorxurlar ki, bu hansısa patalogiyanın əlaməti ola bilər. Həqiqətdə isə belə körpələr böyük əksəriyyət hallarında tamamilə normaldırlar, sadəcə onların bioloji ritmi belədir. Həkim N. V. Rimaşevskaya qeyd etmişdir: “Nədənsə analar və atalar yaddan çıxarırlar ki, onlardan bəziləri gecə yarısına qədər kitabla qalmağı xoşlayır, “ömrü boyu†pis yuxuya gedir, çox sayıq yatır və işə getmək üçün güclə oyanırlar. Bu analar və atalar hətta ətrafdakılara müəyyən dərəcədə fəxrlə deyirlər ki, “Nə etmək olar, axı mən “bayquşamâ€. Bunun əksinə olaraq digər analar və atalar axşam doqquzdan sonra “mürgüləyirâ€, yastığa baş qoyan kimi yuxuya gedir və səhərlər çətinlik çəkmədən oyanırlar. “Torağay†adlandırılan belə böyüklər heç kimdə təəccüb doğurmur: onların bioritmi belədir! Məlum olmuşdur ki, südəmər uşaqlar da sabit individual xassələrə malik və insan konstitusiyası variantlarından biri kimi baxıla bilən özünəməxsus bioritmik xüsusiyyətlərinə malikdirlər. “Torağayılar†tez, “bayquşlar†isə xeyli müddət ərzində yatırlar. “Bayquşlarda†yuxunun nisbi sürəkliliyi “torağaylarla†müqayisədə daha az, yuxu isə daha sayıqdır. Məlum olduğu kimi, “pediatrik normalar†körpələrdən müəyyən qəti rejim tələb edir. Qeyd etmək lazımdır ki, “bayquşlarda†gələcəkdə meydana gələcək yüksək həyəcanlılığa uyğunlaşma qabiliyyəti daha azdır, böyük meyllilik isə nervoz reaksiyalara olur... Beləlilə, tez-tez oyanıqlıq, səthi yuxu və bəzi digər xüsusiyyətlər ayrı-ayrı körpələr üçün fizioloji olıa bilər və heç bir müalicə tələb etməyə də bilər... Bu hallada körpənin gecələr yatmasına alışmaq və onu bir neçə saat ərzində əlinizdə yırğalayəbyatızdırmağa çalışaraq əziyyət vermək lazım deyilâ€. 14. Yatmazdan əvvəl anaların öz övladlarına layla deməsi çox yaxşıdır. Layla uşağı sakitləşdirir, ayıqlıq vəziyyətindən yuxuya getməsinə yardım edir. Bundan əlavə, layla uşağın eşitmə qabiliyyətini artırır və onun estetik duğusunu formalaşdırır. Aşağıda qadınların bu günkü dövrümüzdə də öz körpələrlərinə oxuya biləcəkləri bəzi mili rus laylalarının sözləri (əlbəttə ki, müasir laylaları da, məsələn cizgi filmlərindən götürülmüş nəğmələr də oxumaq olar) təqdim edilmişdir |