www.nice.az > Ordan-Burdan > İnsani xoşbəxt edən qidalar
İnsani xoşbəxt edən qidalar7 noyabr 2010. Müəllif: krik |
Şokolad Şokolad kalorili olmasına baxmayaraq, ruhi tarazlığı nizamlamağa yardım edir. Şokolada dad verən şəkər qanda adrenalinin miqdarını artırmağa kömək edərkən, şokoladın tərkibindəki yağ kefinizi yüksəldəcək endorfin yaradır. Kafeinin hərəkətəgətirici təsiri və yüksək antioksidant səviyyəsi ilə şokolad ruh yüksəkliyinizə də müsbət təsir edər. Gündə sadəcə 1-2 parça acı şokolad yeməlisiniz. Acı şokolad ürək üçün südlü şokoladdan daha faydalıdır. Yeralması suflesi Yeralması da adrenalin əmələ gəlməsini təmin edir. Yeralmasının tərkibində həm də ruhi sıxıntını azaldan, enerci səviyyəsini artıran və təzyiqi aşağı salan fosfor maddəsi var. Qırmızı bibər və qarğıdalı çörəyi Yağsız ət çox miqdarda B6 vitamini ilə triptofan yaradır. Qırmızı bibəri həm də hind toyuğu ilə birlikdə yeyə bilərsiniz. Bundan başqa, lobyanın bütün növləri ilə qırmızı bibər yeyə bilərsiniz. Lobya seleniumun həzmi və maqnezium səviyyəsinin artırılması üçün mükəmməl bir qidadır. Maqnezium çatışmazlığı depressiyaya səbəb ola bilər. Bu yeməkləri tamamlayan isə qarğıdalı çörəyidir. Qluten tərkibli çörəyin orqanizmdə endorfinin əmələ gəlməsini fəallaşdırdığı bildirilib. Banan dilimləri Dondurma və banan B qrupu vitaminləri baxımından zəngindir. B vitaminləri də depressiyanın qarşısını alan təsirli vasitələrdəndir. Banan, eyni zamanda yüksək faizdə triptofan yaradır. Bu aminoasit orqanizmə niasin yaratmaqda kömək edir. Niasin adrenalin sintezini yaradır. Ancaq yağı azaldılmış və az şəkərli dondurma ilə bunu tənzimləyə bilərsiniz. Kartof püresi və hind toyuğu Kartof adrenalinin miqdarını artırır. Qarışıq karbohidratlar stres zamanı sakitləşməyə yardım edir. Hind toyuğu ətinin tərkibində depressiyanı əngəlləyən və gözəl hisslərin yaranmasına kömək edən bir çox maddələr var. Çünki bu qida insana yuxu gətirir. Daha artıq enerci yaranması üçün hind toyuğunu dəmirlə zəngin olan ispanaq, ya da başqa yaşıl yarpaqlı tərəvəzlərlə birlikdə yeyə bilərsiniz. Somon balığı və qəhvə rəngi düyü Mütəxəssislər saysız vitamin və mineral qaynağı olan somon ya da digər balıqları yeməyi məsləhət görür. Alimlər Omega-3-ün ruh yüksəkliyini tənzimləyən beyin siqnallarını idarə etməyə kömək etdiyini söyləyirlər. Amma Omega-3 yağ turşuları orqanizm tərəfindən istehsal olunmur. Bunu balıq, yumurta və morina balığının qara ciyər yağından əldə edə bilərik. Somon balığının yanında süfrəyə vermək üçün ən yaxşısı qida qəhvə rəngi düyüdür, çünki onun tərkibində çoxlu miqdarda selenium var. Orqanizmdə selenium çatışmazlığı insanın ruh yüksəkliyinə mənfi təsir edir. Makaron və pendir Süd və pendir çoxlu miqdarda B qrupu vitamini yaradır. Araşdırmalar göstərir ki, B2, B6 və B1 vitaminləri insanda ruh yüksəkliyi yaradır. Makarondakı karbohidrat seroton və endorfinin səviyyəsini artırır. Mütəxəssislər xəmir yeməklərindən tutmuş taxıl yeməklərinə qədər bütün karbohidratlı qidaları normadan artıq yeməməyi məsləhət görürlər. |