www.nice.az > Ordan-Burdan > Gözəllik üçün kiçik sirrlər
Gözəllik üçün kiçik sirrlər4 may 2010. Müəllif: krik |
![]() Kartof gözün qıcıqlanmasını azaldır Gözlərdə qıcıqlanma hissini və qızartını aradan qaldırmağa kartof kompresi çox yaxşı kömək edir. Orta böyüklükdə kartofu sürtgəcdən keçirirsən. Alınmış məhlulu tənzif dəsmalın arasına qoyaraq sıxırsan. Gözlər və gözün ətrafına qoyaraq 10-15 dəqiqə saxlayırsan. Proseduradan sonra göz ətrafı dəriyə buz qoyursan. Nəmləndirici şirəli üzüm Üzümün möhkəm elastik qabığının altında meyvə ətində, şirəsində və çiyidində üzün dərisi üçün əvəz olunmayan nəmləndirici maddələr yerləşir. Üzüm giləsinin qabığını soyursan. Qabığı soyulmuş meyvə ilə üz dərisini silirsən. 10 dəqiqə sonra soyuq su ilə yuyursan. Qızartı üçün banan maskası Qızarmağa meylli quru dəriyə banan çox müsbət təsir edir. Yarım bananı çəngəl ilə əzərək 2 xörək qaşığı kəsmik və 1 çay qaşığı limon suyu əlavə edirsən. Qalın qatla üzə çəkərək 15 dəqiqə saxlayıb ilıq su ilə yuyursan. Qırışlara qarşı süd, limon və konyak Yarım stəkan süd, 1 çay qaşığı limon suyu və 2 çay qaşığı konyakı qaynadırsan. İsti qarışığı (təbii ki, qaynar olmayan) üzə, boğaza və çiyinlərə çəkərək quruyana qədər gözləyirsən. Sonra sərin su ilə yuyursan. Kahının möcüzəli təsiri Dəriyə adi kahı yarpaqları möcüzəli təsir göstərəcəkdir. Yarpaqları yuyub qurutduqdan sonra xırda-xırda doğrayıb ətmaşınında çəkirsən. Üzərinə 1 çay qaşığı bitki yağı və ya turş olmayan smetan əlavə edirsən. Üz və boğaza çəkərək 10-20 dəqiqə saxlayıb isti su ilə yuyursan. Sonra isə soyuq su ilə yaxalayırsan. |