www.nice.az > Ordan-Burdan > Limonadın faydası

Limonadın faydası


6 may 2010. Müəllif: PLAY_BOY
Limonadın faydası


İtaliyanın La Stampa qəzetində yer alan xəbərə görə, San Dieqoda yerləşən California Universiteti tərfindən aparılan araşdırmada, limonadın böyrək daşlarının əmələ gəlməsinin qarşısını aldığı məlum olub.

Bol miqdarda su içməyin onsuz da böyrək daşının əmələ gəlməsinin qarşısını aldığını deyən Roger L. Sur və heyəti, xüsusilə də limonadın tərkibindəki bol miqdardakı sirtat turşusu sayəsində böyrək daşlarına qarşı təsirli olduğu bildirilib.

İki litr suya təqribən 113 qram limon suyu qatan tədqiqatçılar, əldə etdikləri limonadı hər gün bir qrup böyrək xəstəsinə içirib. [/hide]

Tədqiqatçılar zaman keçdikcə bu insanlardakı böyrək daşlarının əmələ gəlmə faizinin 1.00-dan 0.13-ə qədər gerilədiyini müşahidə edib.


Böyrək xəstəliyi olan insanlarda 5-10 il müddətində daş əmələ gəlmə ehtimalının 50% olduğunu deyən alimlər, araşdırma nəticələrinin bu baxımdan önəmli olduğunu da qeyd edib