www.nice.az > Ordan-Burdan > Ağla qərənfil, ağla!
Ağla qərənfil, ağla!20 yanvar 2010. Müəllif: Barbara |
![]() Ağla qərənfil, ağla! Qərənfil — şəhid qanı, Cavanlara qıydılar, Ağla qərənfil, ağla! Ağla, qərənfil, ağla! Ağla, inlət meydanı, Tanklar altda qoydular. Qanın içib doydular, Ağla qərənfil, ağla! Hər şəhidə bir düzüm, Abşeron — qan dənizim. Sən — mənim ağlar gözüm, Ağla qərənfil, ağla! Uzaq mənzil, acı yol, Yoldu, yol, əlacı yol! Şəhidlərə bacı ol; Ağla qərənfil, ağla! Kərbəla — qan çöllərə, Puç olan qönçələrə, Nazənin incilərə, Ağla qərənfil, ağla! Bəxti asılan qıza, Hünəri aslan qıza Toyu yas olan qıza Ağla qərənfil, ağla! Ağla, ürək boşalsın, Ünün göyə baş alsın. Ağla, dağlar yumşalsın, Ağla qərənfil, ağla! Bu təklənmiş şirlərə, Bu arxasız ərlərə, Bu talesiz nərlərə, Ağla qərənfil, ağla! Bu günahsız qanlara, Bu didilmiş canlara, Bu cansız cavanlara, Ağla qərənfil, ağla! Bu bədənsiz qollara, Bu uçunan yollara, Bu yiyəsiz qullara, Ağla qərənfil, ağla! Bu səngiməz ağrıya, Bu qan sızan sarğıya, Bu Allahsız qurğuya, Ağla qərənfil, ağla! Bu qara yazılara, Bu körpə quzulara, Quruyan arzulara, Ağla qərənfil, ağla! Xeyrə şər üstün gəldi, İniltili ün gəldi… Ağlamalı gün gəldi, Ağla qərənfil, ağla! |