www.nice.az > Ordan-Burdan > Sağlam olmaq istəyənlər...

Sağlam olmaq istəyənlər...


19 yanvar 2010. Müəllif: saki_18
Sağlam olmaq istəyənlər...

Peyğəmbər (s.ə.s): "Acqarına xurma yeyin. O, qarındakı qurdları öldürər".

İmam Rza (ə): "Çuğundur əqli qüvvətləndirir, qanı təmizləyir və insanı cüzamdan qoruyur".

Peyğəmbər (s.ə.s): "Hər kəs hafizəli olmaq istəyirsə, bal yesin".

Peyğəmbər (s.ə.s): "Mövücü (kişmiş növüdür) çox yeyin. O, ödü təmizləyir, bəlğəmi aradan qaldırır, əsəbləri möhkəmləndirir, yorğunluğu götürür, xasiyyəti gözəlləşdirir, nəfəsi təmizləyir və qəmi uzaqlaşdırır".

İmam Əli (ə): "Zeytun üzə qızartı verir, əsəbləri möhkəmləndirir, orqanizmin zəifliyinə qalib gəlir və qəzəbi söndürür".

Peyğəmbər (s.ə.s): "Heyva yemək gözü nurlandırır".

Peyğəmbər (s.ə.s): "Xına başağrısını aradan götürür, gözü itiləşdirir, cinsi qabiliyyəti artırır".

İmam Sadiq (ə): "Pendir yeyilənləri həzmə verir və iştaha yaradır".

Peyğəmbər (ə): "Yaş və quru əncir yeyin. Çünki o, cinsi qabiliyyəti artırır, babasil, revmatizm və soyuqdəymənin müalicəsində faydalıdır".

İmam Əli (ə): "Balqabaq yeyin. O, beyni gücləndirir".