www.nice.az > Ordan-Burdan > Gözəlim [şer]

Gözəlim [şer]


4 fevral 2013. Müəllif: Menekşe
Gözəlim [şer]

Bu hala düşməyimə, var səbəb əlbət, gözəlim,
Səbəbi məhəbbətdir, yalnız məhəbbət, gözəlim

İnanki baş tutmayacaqdır, fələyində kələyi
Qoruyar bizləri daim, sevənlərin mələyi
Bir zaman saxlamağa, versəm əgər bu ürəyi
Söylə saxlayarsanmı, məndən əmanət, gözəlim

İstəyirsənsə deyim, burda sənə mən düzünü
Daha bəsdir bu qədər, sən aldatmısan özünü
Saxlama ürəyində, "MƏN SƏNİ SEVİRƏM" sözünü
Həm özünə, həmdə mənə vermə əziyyət gözəlim

Bu hala düşməyimə, var səbəb əlbət, gözəlim,
Səbəbi məhəbbətdir, yalnız məhəbbət, gözəlim