www.nice.az > Ordan-Burdan > Min kilometrlik bir səfər ilk addımla başlayır
Min kilometrlik bir səfər ilk addımla başlayır21 noyabr 2012. Müəllif: SiMPLe_GiRL |
![]() • Hər şey bir gözəlliyə malikdir lakin bunu hər kəs görməz. (Konfüçyus) • Bilmək sevmək qədər gözəl deyildir, sevmək də zövq almaq qədər. (Konfüçyus) • Prinsipləri məqsədlə, ərdəmli hərəkət et, Xeyirxahlığına görə hərəkət et, özünü sənətə ver. • Uzaqdakı su, təcili susuzluğu aradan qaldıra bilməz. •Axan su əsla iy verməz, qapı məntəşəsi paslanmaz. • Küncə sıxışınca bir dovşan belə dişləyər. • Pis bir şey etmədinsə şeytanların qapını çalmasından qorxma! • Qarşıdan gələn bir bəladan qorunmaq asandır lakin arxandan atılan oxdan qoruna bilməzsən. • Böyük insanların iradələri, zəiflərin ümidləri vardır. • Xəncər kimi bir dilə lakin pambıq kimi bir ürəyə sahib ol. • İtin ağzından fil dişi tapa bilməzsən. • Ürəyində yaşıl bir budaq olsa quşlar məskən salar. • Bir adamdan şübhələnirsinizsə onu vecinizə almayın, vecinizə alırsınızsa ondan şübhələnməyin. • Bir oyun oynayacaqsansa, oyunun qaydalarını, hissələri və bitmə vaxtını əvvəlcədən təyin et. • Hirsdən bir an səbirli olsan, yüz günlük peşmanlıqdan xilas olarsan. • Bir illik varlıq istəsən buğda, on illik varlıq istəsən ağac, yüz illik varllik istəsən insan yetişdirin. • Kişinin ağılından keçəni öyrənmək istəsən, söylədiklərini dinlə. • Min kilometrlik bir səfər ilk addımla başlayır. • Ata yəhəri ilə qiymət ölçmə. • Təhsil, hər zaman sahibini arxasından təqib edən bir sərvətdir. • Yaxınındakıları xoşbəxt et, uzaqdakılar gələcəkdir. • Qızarmış ördəyin ağzına gəlməsini gözləyən çox gözləyəcək. • Oturaraq edə biləcəyin heç bir şeyi ayaqda, yataraq edə biləcəyin heç bir şeyi oturaraq etmə. • Əsəbi ikən əsla məktub yazma. • Külək yoxsa dalğa da yoxdur. • Bir dəfə pələng belinə mindinsə, enmək çətindir. • Kimsə boğulma ehtimalından ötəri yemək yeməyi buraxmaz. • Bir it bir şeyə hürər, digərləri də ona. • Həddindən çox qələbəlik toyuq hini normaldan az yumurta çıxarar. |