www.nice.az > Ordan-Burdan > Heç...

Heç...


15 oktyabr 2012. Müəllif: SiMPLe_GiRL
Heç...

Molladan soruşmuşlar:

-"Kimsən?"

"Heç"-demiş Molla, "Heç kimsəyəm."

Dodaq büküb əhəmiyyət vermədiklərini görüncə, soruşmuş Molla:

-"Sən kimsən?"

"Mutasarrıfı"-demiş adam

"Sonra nə olacaqsan?"-Deyə soruşmuş Molla Nəsrəddin.

"Hər halda vali olaram"-deyə cavablandırmış adam.

"Daha sonra?"-Deyə soruşmuş Molla.

"Vəzir"-demiş adam.

-"Daha sonra nə olacaqsan?"

-"Bir ehtimal sədrəzəm ola bilərəm."

-"Yaxşı, ondan sonra?"

Artıq mövqe qalmadığı üçün adam boynunu büküb son mövqesini söyləmiş:

-"Heç."

"Daha niyə qabarırsan, ay adam. Mən indidən sənin illər sonra gələ biləcəyi məqamdayam: "Heçlik mövqesində!"