www.nice.az > Ordan-Burdan > Doyan gözlər [hekayə]
Doyan gözlər [hekayə]30 sentyabr 2012. Müəllif: Aska Islam |
![]() Bəhlul xəlifə ilə çay kənarından keçərkən yoxsul bir qocanın balıq tutduğunu görür. Xəlifə qocaya yaxınlaşıb deyir: â€Tilovuna nə düşərsə, onun ağırlığında sənə qızıl verəcəmâ€. Az sonra tilovuna balaca bir sümük parçası düşür. Balıqçı tilovu çıxarıb qarmağa ilişən sümük parçasını xəlifənin adamlarına göstərir. Xəlifə gülümsəyərək deyir: â€Sözümüz sözdür, gedək mənimləâ€. Qoca xəlifənin adamları ilə birlikdə saraya gəlir. Sümük parçasını tərəzinin gözünə qoyurlar. Amma nə qədər qızıl qoyurlarsa, sümük parçası ağır gəlir və tərəzinin gözü yerindən tərpənmir. Hamı təəccüblə bir-birinə baxıb deyir: â€Yəqin burda bir sirr var, ya da tərəzinin gözü xarabdırâ€. Bəhlul hamının sözünü kəsib deyir: â€Tərəzi xarab deyil, bu sümük parçası bir vaxtlar yaşamış acgöz bir insanın göz çuxurudur. Dünyanın qızılını tərəzinin gözünə qoysanız belə, yenə də onu yerindən tərpədə bilməzsiniz. Onun gözünü yalnız bir ovuc torpaq doyurarâ€. Bunu deyib yerindən bir ovuc torpaq götürüb göz çuxuruna tökür və dərhal tərəzinin bir tərəfi yerindən tərpənir. |