www.nice.az > Ordan-Burdan > Çörək İbrətamiz Hekayə...
Çörək İbrətamiz Hekayə...11 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL |
![]() Bu hadisəni bir dostumdan eşitmişdim. Dostumun evində televizor xarab olur. Və televizoru təmir etmək üçün gələn usta televizorun arxasını açır. Ancaq gördüyü mənzərədən özünü saxlaya bilməyərək gülür. Çünki televizorun arxası çörək qırıntıları ilə dolu idi və sözsüz ki bunu evdəki 4 yaşlı qızcığazdan başqa heç kim edə bilməzdi. Bəlkədə bu hadisə hər hansı birimizin evində baş versə idi tez özümüzdən çıxar və həmən uşağı elə ustanın yanındaca cəzalandırardıq. Ancaq dostum heç halınıda pozmur. Və usta gedəndən sonra uşaqla danışır. Öyrəndiklərindən sonra isə oturub hönkürə-hönkürə ağlamağa başlayır. Heç demə uşaq televizorda xəbərlərdə verilən ac uşaqları gördükcə mətbəxdən çörəkləri gətirib və televizorun arxasındakı deşiklərdən içəri atırmış.. |