www.nice.az > Ordan-Burdan > Uşaq torpağa düşən toxum, Ana da bağbanıdır...
Uşaq torpağa düşən toxum, Ana da bağbanıdır...8 sentyabr 2012. Müəllif: Menekşe |
![]() Torpağa bir toxum düşsə, o axır-əvvəl boy verər və özünü göstərər. Bəzən o düşən toxumdan böyük- böyük ağaclar, bəzən də kiçik çiçəklər olar.Bəzilərimizə görə toxumun böyüyən gövdəsində hüzur,dinclik tapar,istirahət edərik, ya da alaq otları olub ayaqlarımıza ilişər.Bəzi toxumlar gözəl qoxularla ətrafa ətir saçar,bəziləri də tikanlarını əllərimizə batırar. Bax, ailə də, torpağa düşən toxum kimidir. Ailə toxumu da diqqət istər, baxım istər, əmək istər. Nə qədər yaxşı baxıb, diqqət göstərsəniz, o qədər yaxşı nəticə ala bilərsiniz. Hər kəs tərəfindən məlumdur ki, ana ürəyi, uşaq sevgisini daşıyan bir xüsusiyyətdə yaradılmışdır.Onu qoruyub yetişdirmək, sevgi, şəfqət,qayğı və s. artiq ananın daxilində olan duyğulardır. Eyni zamanda, uşağıyla ciddi şəkildə maraqlanma həssaslığı da göstərməkdədir. Heç yorulmadan və bezmədən… Əgər bu fitri duyğu və əlaqə olmasaydı, insan toxumu Yer üzündə sona çatar, analar, uşaq yetişdirməyə səbir və dözüm göstərməz, onların dərd və ehtiyacları ilə yüklənməz, tərbiyələriylə məşğul olmaz, gecə yuxularına haram qatmazdılar. Analıq gücdür. Bütün canlılar ana olmaqla İlahidən gələn gücə sahib olarlar. Məsələn bir toyuq, siçandan belə qorxub qaçarkən, balalarına hücum edən bir tülkünün üstünə atlayıb dimdikləyər və balaları üçün qol- qanad verər. Qadın da, ana olduqda daha da güclü olur.Ailəsi üçün yaşayar, hər şeyini onlara həsr edər. Bütün bunları da çətinlik çəkmədən edər. Analıq xoşbəxtlikdir. Xüsusi bir duyğudur analıq. Heç bir şey qadını bu cür xoşbəxt etməz, evi, avtomobili, işi, karyerası… Amma bircə balasına sarılıb öpdümü, bütün dünya onundur. Balası bir də ona "Anam" deyə sarıldımı?... Çünki analıq, qadına daxilən verilmişdir artıq.Onu ana olmaq xoşbəxt edər.Bütün xüsusiyyətlərlə birlikdə analıq hərtərəfli olmalıdır. Çünki o, bir nəsil yetişdirəcək və yalnız öz uşağını deyil, cəmiyyəti yaradacaq. Bütün insanlığı doğuran qadın, hərtərəflii bir ana olmaqla, gələcəyə də istiqamət vermiş olur. Bax,bütün bunları düşünsək əgər, ana olmağın çox xüsusi və gözəl olmasını anlamış olarıq. Bu gözəlliyi dadan bütün qadınlar bunun belə olduğunu bilirlər. |