www.nice.az > Ordan-Burdan > Aygünlü gecəyə hazır olun
Aygünlü gecəyə hazır olun25 iyul 2012. Müəllif: Lura |
![]() Aygün Kazımova avqustun 4-nə sürpriz konsert vəd edir. Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Aygün Kazımova “İkinci sən†adlı konsert proqramı ilə tamaşaçıları sevindirəcək. Nabranda, "Atlant" istirahət mərkəzində baş tutacaq konsertdə müğənni qonaqlara unudulmaz gecə bəxş edəcək. Konsertin təşkilatçısı prodüser Tarix Əliyevin (Tolik)verdiyi məlumata görə,konsert bir çox sürprizlərlə yadda qalacaq: “Yay mövsümü olduğu üçün sözügedən istirahət məkanında dincələn Aygün xanımın pərəstişkarları növbəti bir şounun şahidi olacaqlar. Aygün Kazımovanın Türkiyənin tanınmış bəstəkarı və müğənnisi Sinan Akçılla birlikdə duet oxuduğu "İkinci sən" mahnısının remiksi də elə eyniadlı konsertdə səslənəcək. Onu da bildirək ki, yayın hitinə çevrilən “İkinci sən†mahnısının remiks versiyası Türkiyədə hazırlanbâ€. Adıçəkilən istirahət mərkəzində təşkil olunan Aygünlü gecədə paytaxtdan təşrif buyuracaq bir neçə tanınmış sima da iştirak edəcək. Tolik həmin ulduzların kimliyi barədə dəqiq məlumat verməsə də, öyrəndik ki, konsertdə tanınmış şou balet qruplarından biri 2 saat ərzində xalq artistini müşayiət edəcək. |