www.nice.az > Ordan-Burdan > Fb statusları [garanti verirəm çox güləcəksiz]
Fb statusları [garanti verirəm çox güləcəksiz]19 iyul 2012. Müəllif: 115-MIZ |
![]() * Hidrometroloji məlumata əsasən bu gün Bakıda "Nə Paltar Tapdın Geyin" havası hökm sürür =)) * Sevgilinizin sizi unutmağı istəmirsizsə — ondan borc pul alın =)) * Oğlanların 2 ən məşhur yalanı: 1. Biz heç vaxt ayrılmayacağıq :) 2. Ata, çayxanada oturmuşdum, ona görə üstümdən siqaret iyi gelir =)) * - Dur gedək qartopu oynayaq. - Bu soyuqdamı? - Hə, düz deyirsən, yayda oynuyarıq... * Q: Əzizim, feysdə parolunu mənə ver də.... O: Niyə? Məktublarımı oxuyacaqsan?? Q: Yox əzizim, öz şəkillərimi like edəcəm =)) * Qışda "e-e bu nədi, nə var qar yağır, hər yer donub, bircə yay gəlsəydi keçərdik qısa qol köynəklərə", yayda "istidən day öldük ki, havalar sərinləsəydi, yo mən qış istəyirəm, qar yağsın qar =)" deyən insanlara - BİZİMKİLƏR deyilir =)) * Bir qız oğlanın yanında gözlərini bağlayırsa demək ki, aşiq olur... Oğlan gözlərini bağlayırsa, demək ki, qız alış-veriş edir... * Məktəbdə dərs danışmağa sıra gələndə əllərini qulaqlarına tutub, özlərini dərs təkrarlayırmış kimi göstərənlər — əsl Oskar sizə düşür! =)) * Uşaq vaxtı lap fokusçu idim... Axşam divanda yatıb, səhər yataqda oyanırdım =)) * Mən heç vaxt qəşəg, olduqca gözəl, baxımlı bir qızla tanış olmaram!!! Qoy, yekə-yelə danışım ki, başıma gəlsin =)) * Profilinə "Lacoste superdir" yazan qız "Vasmoyun bazarında" qəflətən tutuldu =)) * Ölkədə əli bir qız əlinə də dəyməyən qaqaş Ukraynaya getdikdən sonra Vətənə dönməyəcəyini açıqladı =)) * Gün görməyən Gənclərin Gənclər Günü mübarək =)) * Əvvəlki Müəllimlər günü: (o_o) (o_o) (o_o) İndiki Müəllimlər günü: ($_$) ($_$) ($_$) =DD * Cırıq corabla qonaqlığa gedəndə ayaqqabıdan damaşnikə keçmə sürətinə işiq sürəti deyilir.....:)) * Bir gün Atam Facebook'da yazdığım statusları görüb, "boyuvu yerə soxum, qonşunun uşağı səndən yaxşı statuslar yazır" deyəcək deyə qorxuram =)) * "Məhləmizdə bir quyu var, əmiqizi, içməyə sərin suyu var, əmiqizi" deyərək öz əmisi qızına padxod eliyən qaqaş — sən ən posledniy hərəkəti eliysən =)) * Qızlar "özün bilərsən" cümləsini işlədəndə əslində "onsuz da burnundan tökəcəm" demək istəyirlər =)) * ALLAHım, Sən bizi cibimizdə 20 qəpik olanda avtobusa minən tanışlardan qoru =)) * "Məktəb bağlansın" yaz 1121 göndər, "Misir Mərdanov da onu deyir" melodiyası telefonuna gəlsin =)) * Yol gedərkən əlində telefonla mahnı dinləyən insan ovladı — o telefonu alanda üstündə qulaqcıq da verirlər =)) * Nəvəsinə day-daylıq edən nənə — sənöl, sən Ürəysən =)) * 21.12.2012 - Dünyanın sonu 21.12.2013 - Dünyanın sonunun 1-ci il dönümü * Dünyanın 7 möcüzəsi var!! Belə çıxır ki, məndən 6 dənə də var?? * Yolda görsəm tanımaram, ama Facebookda Qardaşdı =)) * Sevgimiz sona çatdı?? Yooo, sezon finalına çıxırıq.. =)) * Başqa vaxt üz vermədiyi oğlanı sonra başqa gözəl qızla görəndə cinlənən məxluqa "Qız" deyilir :)))))) * - Oğlum, qonaqlara salam ver, sora keç öz otağına .. + Slm. X.g Ncs? Men exit :D * Qəşəy qızlar həmişə qonşu vaqonda olur. Metro Atalar sözləri :))) * Ərəb kanallarının birində futbola baxıram, şərhçi nə deyirsə nənəm Amin deyir =)) * Messi — normal bir futbolçudan 3 qat daha sürətli qaçır, Quaresma — normal bir oyunçudan 4 qat daha texnik vurur, Sabri — fatal error 404 NOT FOUND. * Sənsiz bir dəqiqə 60 saniyə kimi gəlir..... * İnsanların bir birini itirmək üçün əlindən gələni etdiyi yeganə yer - "oçered" di :)) * Gizli nömrə ilə zəng vurub . . . Mənə zəng elə diyən dost . . . Səni qınayan neçə nəfərik bilirsən?;)))) * Toyda oğluna qız bəyənən analara bir kəlmə sözüm var — siz bu qızların bir də ev hallarını görün, sora qərar verom =)))) * Metroda mini yubkada, ayağını ayağının üstünə aşırdıb, gözündə Calvik Klein açkisi olan, bir əlində BackBerry, o birində iPhone 4 tutub, saqqızı çeyniyə-çeyniyə oturan qızlara demək istəyirəm ki — Unutma ki, hamı kimi sən də 20 qəpik verib minmisən =))))) * Facebook bağlanır::: !!! 285.256.35 valideyn bəyəndi : ) * Ən qeyrətli bitki göbələkdir, çünki papağı həmişə başındadı =))) * Avtobusda qızın aça bilmədiyi pəncərini qoluna güc verib, açan qaqaş bütün diqqətləri üzərinə çəkdiyi üçün həyacandan yerindəcə keçindi :))) * Həyatda 3 qadını: Anamı, həyat yoldaşımı və qızımı sevirəm deyən oğlana Nənəsinnən cavab gəldi: heyif o pensiyalarımnan, haram xoşun olsun haa... * Yalnız Azərbaycanda Balacaya oxşuyursan deyəndə "Vaxtında evlənsəydim sən boyda uşağım olardı" cavabı verilir :)))) * Qar yağan günü çölə çıxanda məhlə uşağının əlində QARTOPU görən kimi "MƏN XƏSTƏYƏM HAA" deyənlər bilirəm burdasuz =)) * Analara görə su stəkanları 3 qrupa ayrılır: 1. Gündəlik su stəkanları.. 2. Qonaqlara ayrılmış su stəkanları, 3. Toxunulmazlığı olan servantdakı su stəkanları.. :))))) * Metroda Maşinistlə əlaqə düyməsini basıb "Gənclikdə saxlıyarsan" deyən qaqaş — aəə sən niyə ölmürsən)))) * Hacı Dayı verdiyi müsahibədə bundan sonra anekdotlarla gündəmə gəlmək istəmədiyini açıqladı =)) * Vanish xalçadakı mikrobların 99%'ni təmizləyirmiş. Geridə qalan 1%'in göstərdiyi inanılmaz dirəşmə qüvvəsinə xüsusi alqışlar =))) * Amerikada 2 dost dava edir, 3-cü araya girir: - Dostlar dava etməyin axı biz dostuq. Eyni hal Azerbaycanda, 3-cü araya girir: - ala ala boynuna yapış, ala ayağına gir ayağına :))))))))))) * 1950: Ey din Qardaşım 1970: Ey Müsəlman Qardaşım 1980: Ay Dəyərli Qardaşım 1990: Qardaşım 2000: Ay qaqaş 2010: Ay Brat 2012: Broooo :))))) * Qonaqlar tam getmək istəyən vaxtı yalandan: "Oturmuşduz daaa" deyən adama "Bizimkilər" deyilir =))) * Avtobusa hər dəfə gözəl bir qiz mindikdə yanındakı boş oturacağa oturması üçün dualar edən qaqaş arzusu ürəyində qaldığı üçün yerindəcə keçinmişdi =)) * Azərbaycanda oğlanların bir-birinə gün ərzində verdiyi ən çox sual — "Brat, yandıranın olmaz?" =))))))))) * "I love 11" bu yazını sən də "I love on bir" kimi oxudunsa narahat olma — sən tək deyilsən :)) * Uşaqlığında bir dəfə də olsun kurtkavın zamokunu bağlıyanda zamokun ucu çənəvin dərisini çimdikliyibsə — bizlərdənsən =)) * Nauşniki taxıb ev tozsoranlıyan qız... Yarım saatdan sonra telefonun zaryatkası qutardığına görə anlamışdır ki, tozsoranı hələ toka taxmıyıb =) * Avtobusda özünü qızlara göstərməkçün heç yerdən tutmuyan qaqaş şoferin tormuzu basmasıyla itkin düşüb =))) * Ən kiçik ayaq barmağının dəydiyi şkaf, itən pult, donan komp, itən set, ölüvay tərmənmiyən internet — VALLAH sizin yediyiniz söyüşləri bugünə qədər kimsə yemədi =)) |