www.nice.az > Ordan-Burdan > Analar [şeir]

Analar [şeir]


18 may 2012. Müəllif: Bad girl
Analar [şeir]

Elə ki, balalar gəlir dünyaya,
O gündən hey ölçüb-biçir analar.
Mahnı da oxuyur, şeir də deyir
Bəstəkar analar, şair analar.

Dözür hər əzaba o bilə-bilə.
Yaşayır, sirrini salmadan dilə.
Vaxt olur, qaldırıb ağını belə
Şərbət əvəzinə içir analar.

Unudub illərin yorğunluğunu,
Həyatda dincliyi, evdə yuxunu:
Sevincin azını, qəmin çoxunu,
Yükün ağırını seçir analar.

Alnında zamanın açdığı qırış
Başına qar töküb, qar ələyir qış.
Odun istisindən aralanmamış
Suyun soyuğundan keçir analar.

Özüm də bilmirəm, niyə
Başımın tüstüsü çəkilir göyə?
Torpaqmı anasız qalmasın deyə
Torpağın qoynuna köçür analar