www.nice.az > Ordan-Burdan > Bizi izləyən biri var!!!

Bizi izləyən biri var!!!


14 aprel 2012. Müəllif: nermin555
Bizi izləyən biri var!!!

Bir gün bir müəllim üç tələbəsinin hərəsinə bir quş verib tapşırır.
- Bu quşun başını elə kəsin ki, heç kəs nə görsün, nə də bilsin.
Uşaqlar tapşırığı yerinə yetirib səhəri dərsə gəlirlər. Müəllim birinci tələbədən soruşur
- Quşun başını kəsdin mi?
Tələbə deyir
- Bəli ustad
Ustad
- Bəs harda kəsdinki heç kimin xəbəri olmadı?
Tələbə
- İnanın müəllim, elə yerdə kəsdim ki, heçkim bilmədi. Girdim yorğanın altında kəsdim və üstümü bərk bərk bastırdım
Müəllim təzədən ikinci tələbədən soruşur
- Bəs sən nece etdin heçkim bilmədən?
- Mən isə xəlvətcə girdim dama ve işıqları söndürdüm nə görən oldu, nə də ki bilən...
Müəllim üçüncü tələbədən soruçur bəs sən neyledin?
Tələbə quşu müəllimə qaytararaq deyir
- Siz bizə tapşırdınız ki, quşu elə kəsin ki, nə görən olsun. nə də eşidib bilən. Lakin mən edə bilmədim. Çünki dünya qulları bilməsə də Allah bizi Görüb biləndir. Bağlı damda da, yorğan altda da o hər şeyi bilən və görəndir. Ondan bir şey gizlətmək heç vaxt olmaz, bu mümkünsüzdur!
Müəllim üçüncü şagirddən çox razı qalır
- Bax, mənim tapşırığımın cavabı budur! Biz ALLAHDAN heç nə gizlədə bilmərik!!!...


ƏZİZ İNSANLAR BİZ DƏ BUNU HEÇ VAXT YADDAN ÇIXARMAYAQ Kİ, BİZİ DAİMA GÖRƏN VƏ İZLƏYƏN BİRİ VAR!!!