www.nice.az > Ordan-Burdan > Biabırçılıq: "Kainat gözəli" kişi çıxdı

Biabırçılıq: "Kainat gözəli" kişi çıxdı


19 aprel 2012. Müəllif: Mery
Biabırçılıq: "Kainat gözəli" kişi çıxdı

Yarışın finalına çıxmış gözəllərdən biri, sarışın Cenna Talaçkovanın qadın yox, kişi olduğu aşkarlanıb.

Daha doğrusu, sarışın Talaçkova transseksualdır və kişi cinsinə mənsub adam kimi doğulsa da, sonradan çoxsaylı plastik əməliyyatlar nəticəsində "yarıkişi-yarıqadın" olub.
Milli.Az ABC-yə istinadən bildirir ki, yarışın təşkilat komitəsi bundan xəbər tutan kimi Talaçkovanı müsabiqədən kənarlaşdırıb.

"Miss Universe Canada" müsabiqəsinin milli direktoru Denis Davilin dediyinə görə, Talaçkova yarışa qatılarkən sənədlərdə cinsini "qadın" kimi göstərib.

"Yarışın qaydalarına görə, müsabiqəyə qatılan hər şəxs mütləq təbii yolla doğulmuş qadın olmalıdır. Lakin Talaçkova oğlan doğulub, kişi olub və sonra da transseksuala çevrilib. Etiraf edirəm ki, başımıza gələnlər biabırçılıqdır", - Davil deyib.

23 yaşlı Talaçkova "The Star"a verdiyi açıqlamasında kişi olduğunu etiraf edib.

"Kişi olsam da, özümü əsl qız kimi hiss edirəm. Əslində, qadınam. Müsabiqənin təşkilat komitəsinə nə qədər yalvardımsa da, məni kənarlaşdırdılar", - Cenna deyib.
Onun sözlərinə görə, 19 yaşında cinsini dəyişdirmək üçün plastik əməliyyatlara məruz qalmağa başlayıb və indi hormonal preparatlar qəbul edir.

Talaçkovanın əvvəllər transseksuallar arasında "Miss İnternational Queen" gözəllik müsabiqəsinə qatıldığı da bəlli olub.



Biabırçılıq: "Kainat gözəli" kişi çıxdı

Biabırçılıq: "Kainat gözəli" kişi çıxdı