www.nice.az > Ordan-Burdan > Qadınlar 8 Martda nə istəyirlər? - QİYMƏTLƏR - FOTO

Qadınlar 8 Martda nə istəyirlər? - QİYMƏTLƏR - FOTO


8 mart 2012. Müəllif: GHoSTMaN
Qadınlar 8 Martda nə istəyirlər? - QİYMƏTLƏR - FOTO

Artıq bir necə gündür ki, paytaxt Bakıda bayram ab-havası yaşanır. Hədiyyə mağazalarında, alış-veriş mərkəzlərində növbələr, müştəri sıxlığı yaranmağa başlayıb. Bütün bu aktivliyə səbəb isə sabahkı 8 Mart Beynəlxalq Qadınlar Günüdür.

Qadınlar 8 Martda nə istəyirlər? - QİYMƏTLƏR - FOTO

Bəs qadınlar bu gün hansı hədiyyələri gözləyirlər? Anspress paytaxt küçələrində qadınlar arasında kiçik bir sorğu keçirib və onlardan 8 Martda hansı hədiyyəni almaq istədiklərini soruşub. Sorğunun nəticələrinə görə, bayramda zərif cinsin nümayəndələri əsasən qızıl zinət əşyaları, kitab, ətir, gül kimi hədiyyələr almağı arzu edirlər.

Kişilərin qadınlara ən çox verdiyi hədiyyələr arasında ətirlər üstünlük təşkil edir. Paytaxtdakı tanınmış parfumeriya və kosmetika mağazalarının bayramla bağlı endirimlər etməsi hədiyyə almaq istəyənlərin işini nisbətən yüngülləşdirib. Belə ki, mağazalarda 30-40 manatdan başlayaraq kiçik tutumlu, tanınmış brendlərə məxsus ətir və kosmetika vasitələri əldə etmək olar.

8 Marta həm də gülsatanların bayramı desək, yanılmarıq. Çünki qadınların almaq, kişilərin isə vermək istədiyi həddiyyələr arasında güllər əsas yer tutur.

Qadınlar 8 Martda nə istəyirlər? - QİYMƏTLƏR - FOTO

Şəhər sakinləri gülə tələbatın artığı bayramda bəzi gül salonlarında qiymətlərin artdığını desələr də, satıcılar bu fikirlərlə razı deyillər.

Satıcıların sözlərinə və müxbirin mağazalarda apardığı müşahidələrə görə, bayram günündə qızılgüldən ən ucuz gül buketi almaq kişilərə minumum 20-25 manata başa gələcək ki, bu da demək olar ki, adi günlərlə eynidir. Bu gülün bir ədədinin qiyməti isə 5-6 manatdır.

Qadınlar 8 Martda nə istəyirlər? - QİYMƏTLƏR - FOTO

İçərisində rəngarəng qızılgül və s. çiçəklər olan, müxtəlif aksesuarlarla bəzədilmiş hazır buketlərin qiyməti 40-120 manata kimi artır.

Qadınlar 8 Martda nə istəyirlər? - QİYMƏTLƏR - FOTO

Qadınlar 8 Martda nə istəyirlər? - QİYMƏTLƏR - FOTO

Qadınlar 8 Martda nə istəyirlər? - QİYMƏTLƏR - FOTO

Qadınlar 8 Martda nə istəyirlər? - QİYMƏTLƏR - FOTO

Qadınlar 8 Martda nə istəyirlər? - QİYMƏTLƏR - FOTO

Ən çox üstünlük verilənlər arasında çöl gülləri də var ki, onların birinin qiyməti 3-8 manat arasında dəyişir.

Qadınlar 8 Martda nə istəyirlər? - QİYMƏTLƏR - FOTO

Qadınlar 8 Martda nə istəyirlər? - QİYMƏTLƏR - FOTO

Ən bahalı gül isə orxideyadır - biri 40 manat.

Qadınlar 8 Martda nə istəyirlər? - QİYMƏTLƏR - FOTO

Xanımları daha uzunömürlü gül - dibçəklərlə sevindirmək istəyənlər isə 50-100 manat ödəməlidirlər. Təbii ki, şəhərdən kənar ərazilərdə qiyməti 50 manatdan aşağı olan, ancaq daha kiçik ölçülü dibçək gülləri almaq olar.

Qadınlar 8 Martda nə istəyirlər? - QİYMƏTLƏR - FOTO

Mağazalarda bayramla əlaqədar ən çox satılan hədiyyələr arasında yumşaq oyuncaqlar da üstünlük təşkil edir. Oyuncaqların qiyməti ölçüsündən asılı olaraq 2 manatdan başlayaraq 50-100 manata qədərdir.


Qadınlar 8 Martda nə istəyirlər? - QİYMƏTLƏR - FOTO

Qadınlar 8 Martda nə istəyirlər? - QİYMƏTLƏR - FOTO

Qadınlar 8 Martda nə istəyirlər? - QİYMƏTLƏR - FOTO