www.nice.az > Ordan-Burdan > Nazpəri Dostəliyeva Tural Bakuvinin mahnısını niyə Ramalın adına çıxdı?

Nazpəri Dostəliyeva Tural Bakuvinin mahnısını niyə Ramalın adına çıxdı?


2 mart 2012. Müəllif: Funksional
Nazpəri Dostəliyeva Tural Bakuvinin mahnısını niyə Ramalın adına çıxdı?

Səhnəmizin tanınmış ulduzlarından olan xalq artisti Nazpəri Dostəliyeva bu günlərdə yeni mahnısı “Köhnə xəyallar”ı izləyicilərə və sevənlərinə təqdim edib. Xəzər TV nin “Star life” verilişində baş tutan bu təqdimatda Nazpəri xanım mahnının müəllifinin Ramal olduğunu qeyd edib. Bütün narazılıqlar da elə bu sözlərdən sonra başlayıb. “OLAYLAR”
Gənc bəstəkar Tural Bakuvinin “OLAYLAR”-a etdiyi açıqlamaya görə bu mahnı əslində ona məxsusdur: “Mən təmkinli və mədəni mövqeyimi qoruyub saxlamağa çalışıram. Nazpəri xanım mahnının müəllifi kimi Ramal Rəsulu göstərib. Ramal Rəsul isə mahnını yalnız oranjeman edib. Çox istedadlı müğənni və oranjemançıdır, onunla birgə uğurlu işlərimiz olur, amma bu mahnının müəllifliyi mənə aiddir”.
Tural Bakuvi narahat edən digər məqam isə Nazpəri Dostəliyevanın mahnının bəstəkarı haqqında dediyi: “Mən mahnının müəllifini bəstəkar saymıram, sadəcə bu işlə məşğul olan istedadlı gəncdir” sözləri olub. Müğənninin bu fikri ilə razılaşmayan bəstəkar özünü Qara Qarayev, Üzeyir Hacıbəyli səviyyəsində tutmasa da yetərincə istedadlı hesab etdiyini deyib. Bundan əlavə qeyd edib ki: ”İstənilən bir insanı özündən daha professional bir adamla müqayisə edib zəif göstərmək olar. Məsələn, mən də bu gün səhnəmizdə olan müqənnilərdən bəzisini Rəşid Behbudov, Oqtay Ağayev, Polad Bülbüloğlu və s. ustadlarla müqayisə etsəm, onlara müğənni adı verə bilmərəm.”
O ümid edir ki, Nazpəri Dostəliyeva bunu bilərəkdən etməyib, sadəcə adları qarışdırıb: ”Mahnının yaranma səbəbi həmin mahnının müəllifidir. Müəllif bu mahnıya öz hisslərini və yaşanmış xatirələrini verir və arzulayır ki, dinləyicilər də həmin hisslərin və hadisələrin kimə aid olduğunu bilsinlər. İstəyirəm, mənim mahnımla bərabər öz adım qeyd olunsun.”