www.nice.az > Ordan-Burdan > Dünyada ən xoşbəxt insanlar harada yaşayırlar?

Dünyada ən xoşbəxt insanlar harada yaşayırlar?


22 fevral 2012. Müəllif: NiXaTo
Dünyada ən xoşbəxt insanlar harada yaşayırlar?


Dünyada ən xoşbəxt insanlar İndoneziyada yaşayırlar. İPSOS Beynəlxalq araşdırmalar mərkəzinin apardığı sorğunun nəticələrinə görə məlum olub ki, İndoneziyada yaşayanların 51 faizi özlərini çox xoşbəxt hiss edirlər. Trend-in məlumatına görə, bu barədə xəbəri Türkiyənin "Hebertürk" qəzeti yayıb.

Sorğuda ikinci və üçüncü yerləri 43 faizlə Meksika və Hindistan əhalisi tutub. Türk və braziliyalılardan özlərini çox xoşbəxt hiss edənlər 30 faizdir. "Ən xoşbəxt" xalqlar onluğunda digər yerləri isə 28 faizlə ABŞ və Avstraliya, həmçinin 27 faizlə Kanada tutur.

Özlərini xoşbəxt hiss edənlərin ən az olduğu ölkə isə Macarıstan olub. Burada cəmi 6 faiz insan özünə "xoşbəxt" deyib. Bu sıraya Cənubi Koreyalılar (7 faiz özünü xoşbəxt sayır), Rusiya (8 faiz), İspaniya (11 faiz) və İtaliyanı da (13 faiz) aid etmək olar.

Ümumilikdə keçirilən sorğunun nəticəsinə görə, dünyanın 22 faiz əhalisi özlərini xoşbəxt hesab edir. Bu 2007-ci ildə keçirilən analoji sorğunun nəticələrindən 2 faiz çoxdu.

Digər tərəfdən, sorğuda iştirak edən evli insanların 26 faizi, subayların isə 18 faizi özlərinə "çox xoşbəxtəm" deyib.

Sorğu dünyanın 24 ölkəsindən 19 minədək insanı əhatə edib.