www.nice.az > Ordan-Burdan > "3D" nədir?
"3D" nədir?20 fevral 2012. Müəllif: NiXaTo |
![]() "3 Dimension" (yəni "3 ölçülü") birləşməsinin qısaltması olan "3D", görüntünün daha real formada təzahür etməsidir. Belə ki, biz normal halda televiziyada, kompyuter oyunlarında və s. görüntünü ikiölçülü fəzada, yəni görüntünün en və uzununu görürük. Amma "3D" görüntü sayəsində predmetin həm də dərinliyini görmək mümkün olur ki, bu da görüntünü daha real təzahür etdirir. Hal-hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da "3D-oyunlar", "3D-filmlər" geniş yayılmaqdadır. "3D" görüntü necə əldə edilir? İnsan gözünün eyni predmetə müəyyən fərqli məsafələrdən baxdığı kimi, "3D" görüntü çəkildiyi zaman da bir-birindən müəyyən məsafələrdə yerləşmiş iki kamera eyni görüntünü lentə alır. Daha sonra bu görüntülər məlum bir standartda birləşdirilir. "3D" görüntünü seyr etmək üçün xüsusi eynəklər mövcuddur. |