www.nice.az > Ordan-Burdan > İstəmirəm [şeir]
İstəmirəm [şeir]19 fevral 2012. Müəllif: GHoSTMaN |
![]() Gülüm var,güllər içində, Elim var,ellər içində. Şeytansan,mələk biçimdə, Sənə dönmək istəmirəm. Ömür dərsdən ibarətdir, Ayrılıq da,bir nemətdir. Bu odun adı, nifrətdir, Hələ dönmək istəmirəm. Yolumda qurmayın tələ, Tanrım,məni nura bələ. Göylərdədir ruhum hələ, Yerə enmək istəmirəm. Oxşarım var,bir qəmliyə, Hər an,gözləri nəmliyə. Dünya dardı Ələkbərova, Daha sevmək istəmirəm. |