www.nice.az > Ordan-Burdan > Xüsusi test
Xüsusi test18 fevral 2012. Müəllif: hebibi_p |
![]() Bu oyuna cəmi 2 dəqiqə vaxt sərf edəcəksiz. Amma təəssüratlarınızdan gününüz şən və xoş keçəcək. Qısa təlimat: • Sizə qələm və kağız lazım olacaq; • Adları yazarkən intuisiyanıza etibar edin. O anda ilk düşündüyünüz insanın adını yazın. • Cavablara əvvəlcədən baxmayın. Siz axı özünüzə qarşı səmimisiz! Hazırsız? Başladıq ... 1. 1-dən 11-ə kimi alt-altda sıra yazın. 2. 1 və 2 rəqəminin yanında seçdiyiniz iki rəqəm yazın. 3. 3 və 7 rəqəminin yanında əks cinsdən olan insanın adını yazın. 4. 4, 5 və 6 rəqəminin yanında dostlarınızdan, yaxınlarınızdan olan insanların adlarını yazın. 5. 8, 9 , 10 və 11 rəqəminin yanında sevdiyiniz mahnıların adlarını yazın. 6. Ürəyinizdə arzu tutun. OYUNUN ACMASINA BAXMAYIN “Oyunun açması†• Bu oyun haqqında 2-ci bənddə qeyd etdiyiniz rəqəm qədər insana danışın. • 3-cü bənddə qeyd etdiyiniz insana qarşı sevgi hiss edirsiniz. • 7-ci bənddə qeyd etdiyiniz insana ehtiyacınız var, amma ona yaxın ola bilmirsiz. • 4-cü bənddə qeyd etdiyiniz insanın qeydinə qalırsınız. • 5-ci bənddə qeyd etdiyiniz insan Sizi cox yaxşı tanıyır. • 6-cı bənddə qeyd etdiyiniz – Sizə uğur gətirir. • 8-ci bənddə qeyd etdiyiniz mahnı 3-cü bənddə yazdığınız insanı xatırladır. • 9-cu bənddə qeyd etdiyiniz mahnı – 7-ci bənddə yazdığınız insanı xatırladır. • 10-cu bənddə qeyd etdiyiniz mahnı – Sizin yaşadığınız bugünkü fikirləri əks etdirir. • 11-ci bənddə qeyd etdiyiniz mahnı – Sizin həyata münasibətinizi göstərir. • 1-ci bənddə qeydiyiniz rəqəmin mənası yalnız Siz bilirsiniz. Ola bilsin bu rəqəmin Sizin həyatınızda xüsusi yeri var. Sirri Sizə aiddir. |