www.nice.az > Ordan-Burdan > Dünyanın ən çox ziyanla satılan avtomobili

Dünyanın ən çox ziyanla satılan avtomobili


13 fevral 2012. Müəllif: NiXaTo
Dünyanın ən çox ziyanla satılan avtomobili


“Maybach” modelinin istehsaldan çıxarılmasına sayılı günlər qalıb.

DEFER xəbərinə görə, müştərilər bu dəbdəbəli avtomobilə maraq göstərmirlər. 7 il ərzində cəmi 3000 ədəd “Maybach” satılıb. Başqa sözlə, “Mercedes” şirkəti hər modeldə nə az nə çox 500 000 dollar itirir. Nəzərə alaq ki, 1 avtomobilin qiyməti 400 000 dollardan yuxarıdır.

Məsələnin izahı isə çox sadədir. Şirkət bu modelin layihələndirilməsinə 1.3 milyard dollardan çox xərc qoyub. Bura texniki xidmət mərkəzlərinə və işçi heyətə ayrılan pulları da əlavə etsək sanballı rəqəm alınar.

Ekspertlərin fikrincə, bu modelin ziyanla işləyəcəyi əvvəlcədən bəlli idi. Lakin “Maybach” “Mercedes”ə nüfuzunu qorumaq üçün lazım idi.