www.nice.az > Ordan-Burdan > Cavabsız qalan suallarımız

Cavabsız qalan suallarımız


12 fevral 2012. Müəllif: _ROCK_STAR_
Cavabsız qalan suallarımız

Niyə ayrılığa üzüldüyümüz qədər
Qovuşmağa sevinmirik?

Niyə əlimizdə olanlarla kifayətlənmək varkən,
Olmayanların arxasınca qaçırıq?

Niyə xoşbəxt olmağımız üçün bir çox səbəb varkən,
Bədbəxtlik demək üçün bir çox bəhanələr tapırıq?

Niyə bizi sevən insanları deyil,
İmkansızları sevirik?

Niyə yaxşılıqlar varkən,
Hər şeyin pisliyini düşünürük?

Niyə günahımız olsa da,
Həmişə biz haqlıyıq kimi davranırıq?

Niyə sevgi varkən,
Ürəyimizi nifrətlə doldururuq?

Niyə günah işlətsək də,
Başqalarının günahlarını bağışlamırıq?

Niyə bu günümüzü yaşamaq varkən,
Daima keçmişimizi fikirləşirik?

Niyə özümüzü başa düşməmişkən,
Qarşımızdakını başa düşməyə çalışırıq?

Niyə suallar bu qədər asan olsa da,
Bu suallara cavab verə bilmirik???


Cavabsız qalan suallarımız