www.nice.az > Ordan-Burdan > Bir gəlinin çantasında nələr olmalıdır?
Bir gəlinin çantasında nələr olmalıdır?9 fevral 2012. Müəllif: SEVKA25 |
![]() Bir gəlinin çantasında nələr olmalıdır? "Gözəllik" təcili xidməti Makiyaj 'çamadanı' yazmağınız lazım ola bilər! İçində nələr olacaq: Yaş dəsmal və pambıq Saç broşkası və sancaq Diş ipi və nanəli konfet Deodorant Losyon Əksiksiz bir makiyaj dəsti Makiyaj təmizləmə dəsmalları Körpə pudrası Yarabandı Rəngsiz lak Ehtiyat üçün dəri rəngi corab Kiçik bir tikiş dəsti Kiçik ləkələr üçün mineral su ya da üzərlərini örtmək üçün ağ təbaşir. Gəlinliyinizin başına gələ biləcəklərə hazırlıqlı olun! Yeməkli toy saysız ləkəyə səbəb ola bilər. Gəlinliyinizin parça növünü bilsəniz sous, toz kimi ləkələrə qarşı nələr edə biləcəyinizi də bilərsiniz. Düzgün makiyajı seçin! Qalın və şişirdilmiş bir makiyajdan qaçmanız lazım olduğunu onsuzda bilirsiniz. İki olmazsa olmazı da mütləq əldə edin: Uzun müddət dayanıqlı pomada və axmayan tuş. Sınaq! Qərar verdiyiniz saç və makiyajı toy gününün bir həftə əvvəlindən mütləq sınayın. Üz baxımınız üçün son günü gözləməyin. Və gülümsəyin! Yorulsanız da bütün obyektivlərə nə qədər xoşbəxt bir gəlin olduğunuz əks etdirin. Parlaq gözəlliyiniz və qüsursuz gəlinliyinizlə sevdiyiniz adamla evlənirsiniz, sizdən daha xoşbəxt kimsə olabilməz! |