www.nice.az > Ordan-Burdan > Məmməd Araz - Qar [şeir]

Məmməd Araz - Qar [şeir]


7 fevral 2012. Müəllif: _ROCK_STAR_
Məmməd Araz - Qar [şeir]

Məmməd Araz - QaR

Uzaqdan baxıram ağappaq təmiz,
Yaxından baxıram qurd düşüb qara
Yadıma düşür ki,bəzən hissimiz,
Nə qədər aldanır bu ağıqlara...

Qayğılar görürük bürüncək kimi,
Tikandan astarı,ipəkdən üzü
Vədlərdə görürük kəpənək kimi,
Aldanan uşağa döndərir bizi..

Uzaqdan baxıram ağappaq qeşəng
Yaxından baxıram qar kif atıbdır
Qəlbim inciməsin gözümdən gərək,
Qəlbimdə gözümü çox aldadıbdır..!