www.nice.az > Ordan-Burdan > Ana [şeir]

Ana [şeir]


7 fevral 2012. Müəllif: _ROCK_STAR_
Ana [şeir]

Nə qədər incədir müqəddəs səsin,
Ona körpəlikdən heyranam ana
Ruhuma məlhəmdir sənin nəfəsin,
Əlinlə bəslənən "ceyranam" ana.

Bağbansan bir güləm məndə bağında,
Sən varsan,qayğıdan uzağam bu gün,
Ağbirçək vaxtında,ahıl çağında
Sanırsan hələ də uşağam ana..

Yüküm çox ağırdır hara aparım?
Gəl mənə yol göstər sən indi ana,
Sevincim,kədərim,qışım baharım.
Hamısı sənindir,sənidir ana!...

Ana [şeir]