www.nice.az > Ordan-Burdan > Yalnız Azərbaycanda...
Yalnız Azərbaycanda...1 fevral 2012. Müəllif: Mevlana |
![]() Ancaq Azərbaycanda oğlanlar(bəzi)qız görəndə dostuna mobil nömrəsini qışqıra-qışqıra deyir.. Ancaq Azərbaycanda qarnı olmayan kişini balkonsuz binaya bənzədirlər.. Ancaq Azərbaycanda 400 dollarlıq telefonda kontur olmur.. Ancaq Azərbaycanda oturduğun yerdə zibilə düşürsən.. Ancaq Azərbaycanda polislər qızlara "PODXOD" edirlər.. Ancaq Azərbaycanda qalstuklu adama a'lim kimi baxırlar.. Ancaq Azərbaycanda ata oğluna söyəndə köpək oğlu deyir.. Ancaq Azərbaycanda bir nazirin büdcəsi bir dövlətin büdcəsindən çoxdu.. Ancaq Azərbaycanda müəllim şagirddən kontur alaraq qiymət yazır.. Ancaq Azərbaycanda çatda oturan qızlara pis baxırlar.. Ancaq Azərbaycanda toylar pul qazanmaq məqsədinə çevrilib.. Ancaq Azərbaycanda bir azərbaycanlı öz ölkəsinin pis işlərini üzünə vurur...... Ancaq Azərbaycanda müğənni əsgərliyə getməyə-getməyə əyninə hərbi paltar geyinib, uzun saçı olan başına da zabit papağı qoyub vətənpərvərlik mahnısı oxuyar.Məsələn F.Agayev kimi. Yalnız Azərbaycanda müğənni populyar mahnı oxumadığı halda əksəriyyət onu tanıyar. Yalnız bizdə işğal olunmuş torpagın (Şuşa) adını özünə təxəllüs götürüb mahnı oxuyar, sonra isə soyunub mənəviyyətsizliyi təbliğ edərlər və mənəviyyətsizliyə aparan daha nələr nələr....Məsələn:X.Şuşalı Ancaq Azərbaycanda boşanan qadınlara pis baxırlar Ancaq Azərbaycanda polisin maaşı ildə 3 dəfə artır. Ancaq Azərbaycanda müəllim manata güllə atır. Ancaq Azərbaycanda 3 dəfə evlenib boşanmış kişi bakirə qız axtarır Ancaq Azərbaycanda həkimlərə qəssab kimi baxılır. Ancaq Azərbaycanda transport şirkətləri vaxta qənaət edir. Ancaq Azərbaycanda hər kəs Bakılıdır Ancaq Azərbaycanda ailə quran gənclər maksimum 2 il xoşbəxt yaşayır Ancaq Azərbaycanda qəpiyə pul demirlər Ancaq Azərbaycanda 60 manat maaş alan adam 60 min evroluq maşın sürür Ancaq Azərbaycanda rüşfət verməyənə tərbiyəsiz deyilir. Ancaq Azərbaycanda hörmət vahidi dollardır Ancaq AZƏRBAYCANDA valideyin uşağa pul verir ki,get müəllimə ver savadsız ol Ancaq Azərbaycanda nəyinsə müzakirəsini edəndə fikr bildirəndə sənə də o kateqroriyaya aid edirlər |