www.nice.az > Ordan-Burdan > Gənc arvad kişinin ömrünü uzadır

Gənc arvad kişinin ömrünü uzadır


31 yanvar 2012. Müəllif: HiTMaN
Gənc arvad kişinin ömrünü uzadır

Alman alimləri 15 il davam etmiş tədqiqatlar zamanı Danimarkada yaşayan kişilərin ölüm səbəblərini araşdırıblar.
"Scientist"ə istinadən bildirir ki, araşdırmanın nəticələrinə görə, özündən 15-17 yaş kiçik qadınla evlənmiş kişinin erkən ölüm riski 20 faiz azalır.
Alimlər hesab edirlər ki, gənc arvadla aktiv həyat tərzi yaşlı kişilərin səhhətinə yaxşı təsir edirlər.
Almaniyanın Rostok şəhərindəki Demoqrafik Tədqiqatlar İnstitutunun əməkdaşlarının gəldiyi nəticələri amerikalı demoqraflar da təsdiqləyiblər.
Professor Brayan Mayer hesab edir ki, arvadı ilə müqayisədə yaşlı olan kişilər aktiv həyat tərzi sürdüklərinə görə onların orqanizmləri stressə daha dayanıqlı olur