www.nice.az > Ordan-Burdan > Kişilər hansı qadınlara üstünlük verir?

Kişilər hansı qadınlara üstünlük verir?


30 yanvar 2012. Müəllif: GHoSTMaN
Kişilər hansı qadınlara üstünlük verir?

Zahiri görünüş – vacib deyil?
Müasir kişilər arasında aparılan sorğu göstərir ki, onlar şən, səmimi və azad qadınları xoşlayırlar. Optimist, özünü sərbəst şəkildə idarə etməyi bacaran qadınlar daha da cəlbedici sayılır. Kişidən himayədarlıq və qayğını az tələb edənlər də bu qrupa daxildir. Maraqlısı odur ki, sevimli saç rəngi və ya bədən forması haqda heç bir məqam aydınlaşmayıb. Kişilər nəyi xoşlamırlar: süniliyi ( xüsusən saç üçün lak, sıxıntı verən və düzəlməyə tez-tez ehtiyacı olan çətin paltarlar), hərisliyi, ağlağanlığı, infantilizmi (uşaqlıq dövrünə xas xüsusiyyətlər), xırdaçılığı.

Qızıl kimi bir ürək
Kişilərin pis günlərində qadınlar ümumiyyətlə gündəlik planlarını tətbiqə davam edərlər. 'Nə? niyə ? nə səbəb? nə üçün? nəyin var? nə olub? kimi sualları istifadə etmədən özlərini anlayacaq bir qadına ehtiyac duyan kişilər, belə birini tapdıqlarında isə əsla buraxmaq istəməzlər.

Necə ideal olmalı
Əgər hər hansı vəziyyətdə əks tərəfin sizdən nə istədiyi və ya nəyə daha çox maraq olduğunu öyrənsəniz, çalışın bunu özünüzdə saxlayasınız. Qadın cazibəsi individualdır, bəlkə elə buna görədir ki, öz yarını tapmaq bir qədər çətindir. Sənin kiçik qəribəliklərindən zövq alacaq və fiziki çatışmazlıqlarını sevəcək insanı tapmaq əsas məqsəddir.

Qadın şarmı
Təbii cazibədən danışdığımız zaman heç bir standarta söykənmək mümkün deyil.
Şarm baxış və jestlərdə toplanılır, gülüş tərzi və səs tembri də bura daxildir. Çətin ki, qadın və kişi onlar arasındakı cazibəni anlasınlar. Hətta belə bir fikir var: hər birimiz insanlar arasında öz tipini axtarır –bu tip isə ötən həyatımızda sevdiyimiz insan obrazıdır. Bəlkə də, buna əsasən kiminsə uzun buruna və ya alçaq boya olan marağını izah etmək olar. Ən adi məqamlar güclü cazibə yarada bilər: hər hansı xal, baxış tərzi və s.

Hörmət
Digər həmcinslərinin yanında onu hörmətdən salacaq zarafatlar etməniz böyük yalnışdır! Həmcinsiniz belə bir hərəkəti hörmətsizlik olaraq şərh edər. Gözündəki dəyərinizin azalmasını istəmirsinizsə, ona başqalarının yanında hörmətli davranmalı, hətta arada bir tərifləməlisiniz.

Zarafat anlayışı
Qarşınızdakı insanın üzünü güldürən hər şeyə yaxşı bir reaksiya verməlisiniz. Əgər çox zarafatcıl bir insan deyilsə, onda bu qədər gülümsəməsinə hörmət göstərərək sizin də gülməniz bir jestdir. Hələ də etdiyi pis zarafatlarda belə ona yaxşı reaksiyalar verməniz, özünü yanınızda rahat hiss etməsini təmin edəcək. Əgər güldürən adam sizsinizsə, dostlarının ən sevdiyi insan ola biləcəyinizdən sizi əsla yanından ayırmayacaq.

Eşq və məhəbbət
Bəzi kişilər ilk üç maddədə xoşbəxtliyi tutarkən, çoxu kişi isə eşq axtarar. Özünə sadiq, cazibədar, ehtiraslı, gözəl, etibarlı, şəfqətli və ən önmlisi özünə aşiq bir qadın tapdıqlarında, axtardıqları xoşbəxtliyi tapmış olarlar. Ancaq bunların hamısının bir yerdə toplandığı bir qadın tapmaq olduqca çətin olduğundan, onlar bu sadalananların 5-i ola biləcək bir qadınla həyatlarına uzun müddət davam edələr!

Sevgi qəfil gələcək
Həqiqətən də sevgi heç də gözəllər üçün nəzərdə tutulmayıb. Hər bir qadın kim üçünsə “ən yaxşı” olur. Buna görə də mükəmməlliyə can ataraq təbii cazibənizi itirməyin. Bənzətmə heç də həmişə uğurlu alınmır, əvəzində isə ən gözəl xarici xüsusiyyətinizi itirə bilərsiniz. Bundan başqa kişilərin əksəriyyəti hiyləgərliyə nifrət edirlər. Saflıq və gizli ehtiras yalnız həqiqi olduğu halda, kişini maraqlandırır. Əsas məqamlardan biri də odur ki, qadın gözəlliyi haqda kişi təsəvvürü individual olduğu qədər zamanla və yaşadığı ölkə ilə də sıx bağlıdır.
Gözəllik anlamı dəyişə bilər. Bunu anlamaq üçün müxtəlif dövrlərdə yaşamış rəssamların əsərlərindəki gözəlçələrə tamaşa etmək kifayət edər. Müəyyən dövrlərdə çoxlarının qəlbini fəth etmiş gözəllər indiki zamanda bir o qədər cazibəli görünməyə bilər